Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
24.05.2016 [10:08]
Mayın 23-də AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası keçirilib.
İclasda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Naylen, İspaniyanın EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, dünya informasiya siyasətinin önündə gedən təşkilatları və agentlikləri öz ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək. O, Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilində bu iclasın həlledici rol oynayacağını bildirib. Qeyd edilib ki, dünyanın hər yerindən xəbər agentliklərinin rəhbərləri Bakıya toplaşacaq və peşəkar fəaliyyətlə bağlı bir sıra mövzular müzakirə ediləcək.
Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Sorensen, Səudiyyə Ərəbistanının SPA agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal iclasın təşkilinə görə AZƏRTAC-a təşəkkürlərini bildiriblər və noyabrda Konqresin yüksək səviyyədə keçəcəyinə əminliklərini ifadə ediblər.
Şuranın iclasında 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub. Şura üzvləri Konqresin proqramını, çıxışçıların siyahısını, tədbir çərçivəsində təşkil olunacaq fotosərginin şərtlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi ilk dəfə 2004-cü ilin sentyabrında Moskvada keçirilib. II, III və IV konqreslər müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanında baş tutub. 2013-cü il noyabrın 17-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş sonuncu Konqresdə növbəti V Konqresin 2016-cı ilin noyabrında Bakıda keçirilməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib. Bu qərara əsasən AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Konqresdə dünyanın bütün qitələrindən informasiya agentliklərinin rəhbərləri, həmçinin media sahəsində aparıcı ekspertlər və müşahidəçilər bir araya gələrək vacib məsələləri müzakirə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

