Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yeni layihəyə başlayıb
19.05.2016 [10:29]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Terror multikulturalizmə qarşı” adlı növbəti layihəyə start verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində ölkəmizdə, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar və forumların keçirilməsi, televiziya proqramları, videoçarxlar və filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi zaman-zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə - müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Alim və mütəxəssislərin iştirakı ilə BBMM-də keçirilən iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək layihəni mühüm siyasi-elmi aksiya kimi səciyyələndirib. O deyib: “Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün əsrlər lazım olur, sınaqlardan keçmək lazım gəlir. Əsrlərlə yaşı olan Azərbaycan multikulturalizminin formalaşma mərhələsində qarşılaşdığı maneələrdən biri erməni terrorudur. Erməni terroru dini və etnik müxtəlifliyi özündə ehtiva edən Azərbaycan multikulturalizminə ən böyük təhlükələrdən biridir. Əslində bu gün Azərbaycanı narahat edə bilən heç bir erməni təxribatı yoxdur. Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik və deyəcəyik. Amma hər halda bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır”.
“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində bu yaxınlarda təşkil ediləcək “Erməni terroru və Azərbaycan” mövzusunda ilk beynəlxalq elmi-praktik konfransda ABŞ, Fransa, İran, Rusiya, Gürcüstan və Ermənistandan alim və mütəxəssislərin iştirakı gözlənilir.
Toplantıda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov, DİDK-nın aparat rəhbərinin müavini Tahir Hacıyev, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov, tarixçi alim Güntəkin Nəcəfli erməni terroruna məruz qalan Azərbaycan xalqının həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından layihəni çox əhəmiyyətli təşəbbüs kimi dəyərləndiriblər.
Toplantıda “Terror multikulturalizmə qarşı” layihəsinin icrası ilə bağlı daimi təşkilat komitəsi yaradılıb. Daimi təşkilat komitəsində Dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, DQİDK-nın sədri Mübariz Qurbanlı, DİDK-nın sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və BBMM-in icraçı direktoru Azad Məmmədov təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12

