/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Türkiyənin Malatya şəhərində də yüksək təntənə ilə qeyd olunub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Türkiyənin Malatya şəhərində də yüksək təntənə ilə qeyd olunub
17.05.2016 [10:12]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qardaş Türkiyə Respublikasında genişmiqyaslı tədbirlərlə qeyd edilib. Bu münasibətlə Malatyada keçirilən elmi-praktik konfransda Malatya Böyükşəhər Bələdiyyəsinin başqanı, İnönü Universitetinin rektoru, türkdilli ölkələrin rəsmiləri, Azərbaycandan olan millət vəkilləri, şəhər ziyalıları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə dünya azərbaycanlılarının lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, doğma xalqına və Vətəninə misilsiz xidmətlərindən bəhs edən sənədli filmi izləyiblər.
Çıxışlarda müstəqil Azərbaycanın memarı Heydər Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi, ictimai-siyasi inkişafında əldə olunan uğurlardan, Türk dünyasında rolundan, böyük siyasətçi və dahi şəxsiyyət olaraq, ölkələrarası əlaqələrin, münasibətlərin, birgə əməkdaşlığın möhkəmləndirilməsində genişmiqyaslı fəaliyyətindən, bu gün Onun müdrik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən söhbət açılıb.
Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Naqif Həmzəyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin bütün fəaliyyətinin xalqla, Azərbaycan dövləti ilə bağlı olduğunu, Onun ölkəmizin inkişaf strategiyasını müəyyən etdiyini, inkişafın Azərbaycan modelini yaratdığını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. Bu gün Onun başladığı gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gəncliyi dəyərli töhfələri ilə Odlar Yurdunu ən yüksək zirvələrə qaldırır.
Daha sonra konfransın təşkilində və Azərbaycan həqiqətlərinin təbliğində xidməti olan tələbə gənclərə fəxri fərmanlar təqdim edilib.
Azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva və Naqif Həmzəyev səfər çərçivəsində Malatya valisi Süleyman Kamçı ilə görüşüblər. Görüşdə İnönü Universitetində təhsil alan tələbələrin rəhbəri Ramal Şəmşədli də iştirak edib.
Millət vəkilləri 5-ci Malatya Kitab və Mədəniyyət Sərgisində də iştirak ediblər. Sərgidə Ulu öndər Heydər Əliyevin mənalı həyatı və zəngin ömür yolunu əks etdirən kitablar böyük maraq doğurub.
Qənirə Paşayeva və Naqif Həmzəyev, eyni zamanda, 200 nəfərdən çox azərbaycanlı tələbənin təhsil aldığı İnönü Universitetinin rektoru, professor Cemil Çeliklə, həmçinin tələbə gənclərlə görüşüb, onların təhsili ilə maraqlanıb, göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.
Yeri gəlmişkən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Malatya İnönü Universitetinin tələbələri tərəfindən 93 metr uzunluğunda nəhəng tort hazırlanıb. Azərbaycan bayraqları ilə bəzədilmiş tortun kəsilmə mərasimində azərbaycanlı millət vəkilləri, türkdilli ölkələrin nümayəndələri, şəhər rəsmiləri, İnönü Universitetinin tələbə gəncləri və qonaqlar iştirak ediblər.
Millət vəkili Naqif Həmzəyev Battalqazi Bələdiyyə Başqanı Selahattin Gürkan ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən danışılıb. Selahattin Gürkan iki ölkə arasında səmimi münasibətlərin hər zaman möhkəmlənəcəyinə, ölkələrimizə davamlı uğur gətirəcəyinə əminliyini ifadə edib.
Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, eyni zamanda, AK Parti Malatya təşkilatında olub, təşkilatın sədri Hakan Kahtalı ilə görüşüb.
Sonda millət vəkilləri şəhərin tarixi-mədəni yerlərini gəzib, televiziyaya və qəzetlərə müsahibələr veriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

