Geniş şaxələndirmə siyasəti qlobal risklər şəraitində Azərbaycanın uğurlarını təmin edir
16.12.2015 [09:44]
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir
Ötən ilin sonlarından başlayaraq dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr yeni çağırışlarla üz-üzə qalıblar. Hazırda iqtisadi geriləmələrin və bu əsasda sosial gərginliklərin artmasının qarşısının alınması, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, neft gəlirlərinin azalmasının kompensasiya edilməsi bu qəbildən olan ölkələr üçün kifayət qədər aktual məsələlərə çevrilib. İş o yerə çatıb ki, ayrı-ayrı ölkələr zəruri investisiya layihələrini, sosial proqramlarını belə ixtisar etmək məcburiyyətində qalıblar.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə Azərbaycanın vəziyyəti nikbinlik doğurur. Belə ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Güclü sosial-iqtisadi inkişaf dinamikasına malik olması hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm amillərdən biri qismində çıxış edir. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz genişlənib. Azərbaycan iqtisadiyyatının genişlənməsi 2015-ci ildə də davam edib. Cari ilin 9 ayı ərzində ölkə iqtisadiyyatında 3,7 faiz artıma nail olunub ki, bu da dünya bazarında neftin qiymətinin kəskin azalmasının fonunda kifayət qədər yaxşı göstəricidir.
Beləliklə, qlobal miqyasda yaşanan çətinliklər fonunda Azərbaycanın uğurlu inkişaf modelinin özəllikləri xüsusilə böyük maraq doğurur. Bəs, ölkəmiz dünya üçün çətin illərdə də dinamik inkişaf templərini saxlamağa və iqtisadi potensialını daha da genişləndirməyə necə nail olur?
Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur
Təbii ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da dünyada yaranan mövcud şəraitə uyğun olaraq özünün yeni inkişaf hədəflərini müəyyənləşdirib. Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, cari ilin 9 ayı ərzində qeyri-neft sektorunda 6 faiz artıma nail olunub ki, bu da ölkə üzrə ümumi iqtisadi artımdan yüksək göstəricidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyri-neft sektorunun ölkə iqtisadiyyatının əsas hərəkətverici sahəsi olduğuna xüsusi diqqət çəkərək deyib: “Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir”.
Prezident İlham Əliyev, həmçinin qlobal risklər şəraitində ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji hədəfini də xatırladıb. Qarşıya qoyulan məqsədlər ölkədə hazır məhsul istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması kimi strateji hədəfləri əhatə edir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “... Son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq”.
Ölkədə sənayeləşmə ilə bağlı qarşıya qoyulan vəzifə uğurla yerinə yetirilir
Azərbaycanda neftdənkənar iqtisadiyyatın üstün inkişafı uğurlu sənayeləşmə siyasətində daha qabarıq şəkildə özünü büruzə verir. Son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu həyata keçirmək üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir.
Davamlı dövlət dəstəyinin sayəsində respublikamız sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir. Ölkəmizdə 2014-cü ilin və cari ilin 9 ayının uğurlu göstəriciləri sırasında sənaye sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Ümumiyyətlə, respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir. Bütün bu statistik göstəricilər ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Prezident İlham Əliyev cari ilin 9 ayında respublikamızda sənaye istehsalının artmasını bir neçə il bundan əvvəl sənayeləşmə ilə bağlı qarşıya qoyulan vəzifələrin böyük müvəffəqiyyətlə yerinə yetirilməsinin əlaməti kimi səciyyələndirərək deyib: “Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir”.
Respublikada kənd təsərrüfatının inkişafı həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır
Dünya üçün çətin keçən illərdə Azərbaycan iqtisadiyyatının davamlı olaraq genişlənməsində böyük potensiala malik aqrar sektorun rolunu da xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə əlverişli coğrafi-iqlim xüsusiyyətləri, regionlarda yaradılan müasir infrastruktur respublikamızda aqrar sektorun qarşısında böyük inkişaf perspektivləri açır. Prezident İlham Əliyev ölkəmizdə aqrar sektorun inkişafının təmin edilməsinin həm iqtisadi, həm də sosial mahiyyət daşıdığını diqqətə çatdırıb: “Bu il “Kənd təsərrüfatı ili”dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək”.
Beləliklə, dövlət respublikamızda kənd təsərrüfatının inkişaf etməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini məhz kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Son illərdə kənd təsərrüfatı məhsulları istehsalında diqqətəlayiq uğurlar əldə olunması ölkəmizin ümumi iqtisadi inkişafına sanballı töhfədir. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir.
Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir
Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə sahibkarlara həm siyasi, həm də maddi dəstək göstərilir ki, onlar iş qura bilsinlər: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar”.
Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqiqanunvericilik bazası möhkəmləndirilib. Respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduğunu nəzərə çatdırıb. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman da özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Ümumiyyətlə, son vaxtlarda respublikamızda sahibkarlıq mühitinin daha da optimallaşdırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir. Bir müddət öncə Milli Məclis dövlət başçısının parlamentə göndərdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə təqdirəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlayandan bəri fondun xəttilə sahibkarlara 2 milyard manatadək yardım göstərilib və sahibkarlıq subyektlərində 130 mindən çox yeni iş yerinin yaradılması təmin edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19

