Azərbaycan ilə Türkiyə arasında nümunəvi tərəfdaşlıq münasibətləri mövcuddur
28.11.2015 [11:32]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 27-də türkiyəli həmkarı Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elmar Məmmədyarov Azərbaycan rəsmilərinin ilk səfərlərini Ankaraya, Türkiyə rəsmilərinin isə Bakıya etməsinin xoş bir ənənə olduğunu diqqətə çatdırıb. Nazir iki qardaş ölkə arasında əlaqələrin inkişaf etməsinin və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin mövcudluğunun məmnunluq doğurduğunu qeyd edib. Strateji səviyyədə inkişaf edən tərəfdaşlığın bariz nümunəsi kimi Azərbaycanın və Türkiyənin qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imza atdıqlarını deyən E.Məmmədyarov tezliklə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu sıradan növbəti uğurlu təşəbbüslərdən biri olduğunu deyib.
Nazir noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar qardaş Türkiyə xalqını təbrik edib.
Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv mövqeyinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu diqqətə çatdırıb. O, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib. Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri adından Rusiyanın münaqişənin həlli ilə əlaqədar təklifləri Ermənistana təqdim etdiyini söyləyib.
Mövlud Çavuşoğlu xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirib. O, bu yaxınlarda Antalyada keçirilmiş G20 Zirvə toplantısında Azərbaycanın iştirakı və aparılan müzakirələrə töhfəsinin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Türkiyəli nazir öz növbəsində noyabrın 1-də keçirilmiş uğurlu parlament seçkiləri münasibətilə Azərbaycan xalqını təbrik edib. O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə formatının regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
Terrorizmin bütün dünya üçün bəla olduğunu deyən M.Çavuşoğlu ona qarşı mübarizədə ikitərəfli təmasların daha da artırılmasının vacibliyini qeyd edib. O, regionun nəqliyyat infrastrukturunun inkişafında mühüm rola malik olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlayacağına əminliyini ifadə edib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

