Hakkı Kəskin: Azərbaycan seçki prosesini uğurla keçəcək
31.10.2015 [09:44]
Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Bundestaqın və AŞ PA-nın sabiq üzvü Hakkı Kəskin Azərbaycandakı parlament seçkiləri ilə əlaqədar “Seçki-2015.az” saytının suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Avropa siyasətçisi kimi Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində Almaniya və Avropa İttifaqını təmsil edən müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, olduğum məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdı. Digər müşahidəçi dostlarımız da öz rəylərində bizimlə eyni cür düşünürdülər. İnanırıq ki, hazırkı şəraitdə Azərbaycan 5 il bundan öncəkindən də artıq nümunə göstərəcək. Beş il az müddət deyil. Bu müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu baxımdan noyabrın 1-də seçkilərin demokratik keçəcəyinə inamım böyükdür.
- Azərbaycanın regionda liderliyini qəbul etməyən qüvvələr var. Bu gün ölkəmizə qarşı müəyyən təzyiqlər mövcuddur. Sizcə, səbəb nədir?
- Ölkə rəhbərliyi bütün parametrlərdə Azərbaycanı inkişaf etdirməyə çalışır. Azərbaycanın yerləşdiyi region olduqca həssas, geostrateji və dünyanın böyük güclərinin diqqət mərkəzində olan bölgədir. Ölkənizin Prezidenti çox diplomatik və düşünülmüş siyasət aparır. Azərbaycan daxilən çox sabitdir. Cənubi Qafqaz kimi həssas regionda belə sabit ölkənin olması düşündürücüdür. Bu gün bəzi Qərb ölkələrinin guya Azərbaycanda siyasi məhbusların olması, insan haqlarının pozulması kimi bəyanatlar verməsini qərəzli hesab edirəm. Azərbaycanın üstünə getmək və onun bu qədər inkişaf etməsini görməmək haqsızlıqdır. İyirmi dörd illik gənc dövlətə qarşı təzyiqlər etmək heç bir halda doğru deyil. Bu gün biz açıq-aşkar görürük ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq inamla inkişaf edir.
- Sizcə, bu təzyiqlərə erməni lobbisinin təsiri varmı?
- Əminliklə deyərdim ki, bunun əsasında dayanan səbəblərdən biri də erməni lobbisinin apardığı çirkin siyasətdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq azərbaycanlı qardaş və bacılarımız öz qədim torpaqlarından qovulub, yurd-yuvalarından didərgin düşüblər. Bu gün Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı apardığı çirkin işğalçılıq siyasətini Qərbi Avropada dəstəkləyən və ona müxtəlif donlar geyindirən şəbəkələşmiş erməni lobbisi var. Erməni diasporu və lobbisi həm Azərbaycana, həm də Türkiyəyə qarşı çirkin siyasət aparır və dünya ictimaiyyətini çaşdırmağa çalışır. Şübhəsiz, burada bəzi avropalı siyasətçilərin erməni lobbiçiliyini etməsi çox utancverici haldır. Belə əks-təbliğat aparanlar düşünmürlər ki, onlar bu oyuna gedərək Avropa demokratiyasına xələl gətirirlər. Ona görə də qəti şəkildə bildirirəm ki, bu gün bəzi beynəlxalq qurumların, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı siyasətinin kökündə dayanan amillərdən biri də məhz erməni lobbisinin çirkin əks-təbliğatı və maliyyə dəstəyidir. Xocalı faciəsi kimi ümumbəşəri bir cinayəti görmək istəməyənlər və buna görə Ermənistana embarqo qoymayanlar Azərbaycanı təcridlə hədələyirlər. Düşünürəm ki, Azərbaycan seçki prosesini uğurla keçəcək və ona qarşı təzyiqlərin əbəs olduğunu sübut edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11

