Dünya və Azərbaycanın xarici siyasəti mükəmməl elmi-politoloji tədqiqat prizmasında
22.10.2015 [10:51]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müəllifi olduğu “Dış Politika: Gerçekler ve Geleceğe Bakış” adlı kitab Türkiyənin “Berikan” nəşriyyatında (Ankara) nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitab tələbələr, aspirantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Türkiyənin siyasi, ictimai və elmi dairələrinin mühakiməsinə təqdim olunan bu kitab müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin nəzəri və praktiki aspektlərini bütün tərəfləri ilə tədqiq edən dəyərli mənbədir.
Dörd fəsildən ibarət bu kitabı əhatə etdiyi mövzu dairəsinə görə ümumilikdə iki ayrı-ayrı hissəyə bölmək olar. Birinci hissədə XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və Qərbin Samuel Hantinqton, Alvin Toffler, Zbiqnev Bjezinski, Henri Kissincer, Sol Kohen, Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay və başqa bu kimi nəhəng geosiyasi konsepsiyalar yaradan siyasətşünaslarının əsərlərində təqdim olunan beynəlxalq münasibətlər sistemi araşdırılır.
İkinci hissə isə əsas etibarilə Azərbaycanın xarici siyasətinin müstəqillik dövrünə həsr olunub. Bu hissədə Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. “Sərt güc” anlayışından “yumşaq güc” anlayışına keçidin siyasi və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində araşdırılır. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu və regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə “yumşaq güc” siyasətinin formalaşmasının müxtəlif aspektlərinə diqqət yetirilir. Bu prosesin fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid mexanizmi tədqiq olunur.
Kitabın birinci fəsli geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr edilib. Həmin ideya təkamülü prizmasından müasir geosiyasi konsepsiyalar nəzərdən keçirilib.
İkinci fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi meyillərin qarşılıqlı əlaqəsi müstəvisində baxılıb. Burada ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandırılıb. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsi həmin aspektdə təhlil olunub.
Üçüncü fəsildə güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisində baxılıb. Problem yeni dünya nizamının təşəkkül tapdığı bir dövrdə bu prosesə geosiyasi təsiri olan çoxlu sayda ölkələrin meydana çıxmasından ibarətdir. Müəllif üçüncü fəsildə Azərbaycanın bu proses qarşısındakı mövqeyi, həmin istiqamətdə müxtəlif meyillərə qarşı hazırlığı ilə bağlı məsələləri və bir sıra mülahizələrini türkiyəli oxucularla bölüşür. Təhlillər nəticəsində Azərbaycanın bu aspektdən imkanlarının geniş olduğu ortaya çıxır.
Nəhayət, sonuncu fəsildə xarici siyasətin prioritetləri bir-biri ilə qarşılıqlı əlaqədə və qlobal miqyasda geosiyasi dəyişmələr işığında nəzərdən keçirilib. Burada Azərbaycan rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi modernləşmə kursu ilə xarici siyasətin transformasiyası arasındakı daxili bağlılıq araşdırılıb. Həmin əsasda proqnoz xarakterli müddəalar irəli sürülüb. Müasir diplomatiyanın bir sıra xüsusiyyətlərinin təhlili nəticəsində onun gələcəkdə oynaya biləcəyi rol haqqında tezislər təqdim edilib.
Kitabın yekun hissəsində qənaətlər ümumiləşdirilib və bu mövzu ilə bağlı aktual hesab edilən gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilib.
Kitabın özünəməxsus iki fərqli cəhəti var. Mövzuya yanaşmanın qısa səciyyəsini ayrıca vermək məqsədilə “Metodoloji qeydlər” bölməsində hansı metodoloji yanaşmaya üstünlük verildiyi şərh edilib. Müəllif hər bir tədqiqatda aydın metodoloji yanaşmanın mövcud olmasını zəruri hesab edir. İkincisi, müəllif hər bir fəslin sonunda nəzəri ümumiləşdirmələrin aparılmasını təklif edir. Müəllifə görə, bu cür ümumiləşdirmələr irəli sürülən fikirlərin daha konkret və dəqiq başa düşülməsinə, oxucunun əsərin ideya inkişafını aydın görməsinə xidmət edir.
Əminliklə deyə bilərik ki, beynəlxalq münasibətlər sahəsində öz metodologiyası, mövzuya yanaşma tərzi və məzmun dərinliyi ilə seçilən, müstəqil Azərbaycanın xarici siyasətinin kompleks şəkildə və incəliklə təhlil olunduğu “Dış Politika: Gerçekler ve Geleceğe Bakış” kitabı Türkiyədə geniş oxucu kütləsi qazanacaq. Kitabı Ankara şəhərinin kitab satışı mağazalarından və “Berikan” nəşriyyatından əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30

