Evelin Farkas: Azərbaycan ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində qalacaq
19.09.2015 [10:31]
ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə müavini, xanım Evelin Farkas Azərbaycana səfəri ilə bağlı sentyabrın 18-də mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Evelin Farkas Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini və müdafiə sahəsində ikitərəfli əlaqələr və təhlükəsizlik üzrə ortaq maraqlara dair müzakirələr apardığını deyib. Bildirib ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-a dəstək verən ilk ölkələrdən olub və o vaxtdan bəri terrorizmlə mübarizədə öz dəstəyini davam etdirir. Azərbaycan hökuməti Əfqanıstanda sülhməramlı missiyada iştirak edir, həmçinin NATO əməkdaşlarına logistik və digər məsələlərdə dəstək göstərir. Azərbaycan ABŞ-ın strateji müttəfiqi olaraq qalır. Biz bu ölkə ilə təhlükəsizlik sahəsində mövcud əməkdaşlığımızla fəxr edirik.
Pentaqon rəsmisi qeyd edib ki, Azərbaycan ilə güclü ikitərəfli əlaqələrimiz var. ABŞ Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan ekstremist təşkilatlara maliyyə dəstəyinin qarşısını almaq üçün ABŞ-la yaxından əməkdaşlıq edib. Eyni zamanda, biz əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparırıq.
Evelin Farkas bölgədə həll olunmamış münaqişələrdən danışarkən bu problemin ABŞ Müdafiə Katibliyi və hökumətini narahat etdiyini vurğulayıb: “Birləşmiş Ştatlar vəziyyətə nəzarət edir və münaqişələri beynəlxalq qanunlara uyğun həll etmək üçün yollar axtarır. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı məsələlərlə gündəlik məşğul oluruq. Təəssüf ki, bütün bu münaqişələrin ortaq cəhəti var - güc tətbiqi və bu vaxtadək effektiv olmayan səylər və fəaliyyətlər. Bu istiqamətdə yürütdüyümüz siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. Suriyadakı münaqişə və onun nəticəsində qaçqınların Avropaya axını göstərir ki, insanlara yaxşı gələcək təmin etmək üçün daha çox səylər göstərilməlidir. Mənim valideynlərim də qaçqın olublar və Birləşmiş Ştatlarda məskunlaşıblar. Hər zaman bu məsələni diqqətdə saxlayırıq”.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27

