Əli Kərimlinin əsassız “don kixotluğu”
15.09.2015 [10:00]
Və ya Ermənistanın işğalçılıq siyasətinə göz yuman Qərbin istəkləri ilə xalqımızın tələbləri üst-üstə düşə bilməz
Sirr deyil ki, son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafı və yerləşdiyi regionun lider dövlətinə çevrilməsi ölkəmizin düşmənlərini qıcıqlandırır. Qazanılan uğurlar, eləcə də böyük bir coğrafiyanın əsas siyasi aktoru kimi iştirak etdiyi iqtisadi layihələrdə hər zaman söz sahibi qismində çıxış etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini də möhkəmləndirib. Digər tərəfdən, Azərbaycan demokratik dəyərlərə sadiqlik nümayiş etdirən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, tolerantlıq nümunəsi olan ölkə kimi də təqdir olunur. Bu nailiyyətlər, təbii ki, Azərbaycan iqtidarı ilə xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Məhz bu birlik ölkənin bütün problemlərinin həllinə imkan verir.
Ölkəmizin əldə etdiyi uğurların xarici ermənipərəst, antimilli dairələrlə yanaşı, yerli “beşinci kolon”, radikal müxalifət düşərgəsi təmsilçilərini də narahat etdiyi heç kəsə sirr deyil. Özünü müxalifət sayan, əslində isə, antimilli dairələrin sifarişlərini yerinə yetirən həmin qrup hər zaman dövlətimizin, xalqımızın ünvanına böhtanlar atmaqdan usanmır. Radikal düşərgənin “siyasətbaz”ları bu yalanları danışmaqdan, müxalifətin əlində siyasi oyuncağa çevrilən mətbu orqanlar isə bu yalanları tirajlamaqdan çəkinmirlər. Məsələn, AXCP sədri Əli Kərimli kimi. Öz aləmində kölgəsinə sığınmaq istədiyi bir sıra antimilli təşkilatların tərəfini tutmaq, onların maraqlarını ön plana çıxarmaq, eləcə də özünün “siyasi palitra”da varlığını nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxan Ə.Kərimli yenə də özünü “mat” vəziyyətinə salır...
AŞPA işğal faktını “münaqişə” sözü ilə əvəzləməklə əsl simasını göstərdi...
Vurğulamaq yerinə düşər ki, 20 ildən artıqdır erməni təcavüzünə məruz qalan ölkəmiz məhz Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs, hücum diplomatiyası nəticəsində Azərbaycanın haqq səsini, torpaqlarının işğalı faktını dünya ictimaiyyətinə çatdırıb. Amma son dövrlərdə Azərbaycanın istər iqtisadi, istərsə də hərbi sferada Ermənistanı açıq-aşkar üstələməsindən “narahatlıq” keçirən bir sıra təşkilatların birmənalı şəkildə Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı olmaması, hazırkı status-kvonu qoruması, bəzi hallarda isə işğala məruz qalmış Azərbaycan ilə işğalçı Ermənistana qarşı “eyni” münasibət sərgiləməsi onların ədalət prinsipindən uzaqlaşdığını göstərir. Azərbaycanın müstəqil xarici siyasət kursu yürütməsi, torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı qətiyyətli mübarizə isə heç bir zaman Ə.Kərimlini və onun sifarişini yerinə yetirdiyi dairələri “qane etmir”. Elə bu səbəbdəndir ki, Ə.Kərimli yeni yalanlar səsləndirməkdədir.
AXCP sədri iddia edir ki, Avropa Birliyi və bütövlükdə Qərb Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verib və verir. Yuxarıda qeyd etdiyimiz kimi, Ə.Kərimlinin yalanları elə bir an içindəcə faktlarla təkzib olunur. Məsələn, bu ilin iyununda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qurumun Monitorinq Komitəsinin “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnaməsində edilən düzəlişlər həmin qurumun Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsinə münasibətinin göstəricisi sayılmalıdır. Azərbaycan üzrə AŞPA-nın əvvəlki analoji qətnamələrində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi öz əksini tapsa da, budəfəki qətnamədə “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayon” ifadəsi çıxarıldı, bu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə əvəzləndi. İndi Ə.Kərimli necə iddia edir ki, Avropa və Qərb təsisatları Azərbaycanın ərazi bütövlüyünün təminatında maraqlıdır? Bu fakt bir daha həmin təşkilatların yalnız öz maraqlarını güddüyünün, Dağlıq Qarabağın işğalı faktından yalnız öz mənfəətləri üçün istifadə etməyə çalışdıqlarının göstəricisidir. Ə.Kərimlinin yersiz vəkilliyi isə sabun köpüyü kimi bir anda “partlayıb” yoxa çıxır...
Azərbaycan hakimiyyəti və xalqımız iqtisadi inkişafı və siyasi sabitliyi hədəfləyib - Qərb də bunu istəyirmi?
Və ya başqa bir iddia... Ə.Kərimli başqa bir “taftalogiya”sında bildirir ki, “bu gün Avropa Birliyinin Azərbaycan hakimiyyətindən tələb etdikləri Azərbaycan xalqının tələbləri ilə üst-üstə düşür”. Onun bu iddiasının da yalan olduğu tam çılpaqlığı ilə ortadadır. Bu gün Azərbaycanın inkişafını istəməyən, ölkəmizin müstəqil xarici siyasət yürütməsi ilə razılaşmayan həmin dairələr Azərbaycan dövlətindən onların maraqlarını qorumağını, istəklərini yerinə yetirməyini, Dağlıq Qarabağın işğalının, bəzən isə oradakı separatçı rejimin leqallaşdırılmasını istəyirlər. Azərbaycan dövlətinin onların istəyinə qarşı çıxması, öz xalqının maraqlarını qoruması faktı isə göz önündədir. Bu gün Azərbaycan xalqının iradəsi əsasında formalaşmış Azərbaycan hakimiyyəti yalnız bir məqsədə köklənib - dövlətimizin maraqlarını qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək. Təbii ki, Ə.Kərimli kimiləri üçün fərqli ünvanlardan gələn əmrlər sorğu-sualsız icra olunur. Ə.Kərimli özü həmin dairələr qarşısında mütilik nümayiş etdirir ki, ümumilikdə dövlətdən və xalqdan da bunu “tələb edir”. Halbuki bu gün birlikdə hərəkət edən Azərbaycan hakimiyyəti və xalqı, bütövlükdə dövlətimiz üçün əsas hədəf inkişaf və sabitlikdir ki, buna da nail olunub...
Dostunu göstər, deyim sən kimsən!
Ə.Kərimli özünün daha bir iddiasında isə, demək olar ki, “gül vurub”. Avropa Şurasının və onun kimilərinin Azərbaycanda keçirilən seçkiləri indidən şübhə altına alması onların “demokratiya” anlayışlarının dərəcəsini göstərir. Hələ namizədlərin sayı tam şəkildə bəlli olmadığı, imzatoplama kampaniyası tamamlanmadığı halda həmin təsisatların ölkəmizdə keçiriləcək seçkilərə qarşı qərəzli münasibət sərgiləməsi onların hansı “məqsədlər” uğrunda mübarizə apardığını ortaya çıxarır. İstər bu cür ikili standartlarla fəaliyyət göstərən və adının qarşısına “beynəlxalq” yarlığı yapışdıraraq demokratiya sözünü siyasi manipulyasiya vasitəsinə çevirənlər, istərsə də həmin təsisatların oyuncağına çevrilmiş “beşinci kolon nümayəndələri və radikal müxalifət təmsilçiləri bu cür mövqeləri ilə öz kimliklərini bir daha həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə nümayiş etdirirlər. Necə deyərlər, “dostunu göstər, deyək kimsən”. Belə qərəzlə, ölkəmizə qarşı kin və qəzəblə silahlanmış antimilli dairələrin “dost”u olan Ə.Kərimli də həmin qurumları “sudan quru çıxarmaq” üçün özünü bir daha ifşa edir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

