/ / Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kursların ilk günündə seçkilərə hazırlıq barədə ətraflı məlumat verilib
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kursların ilk günündə seçkilərə hazırlıq barədə ətraflı məlumat verilib
25.08.2015 [10:11]
Avqustun 24-də Binəqədi I, II və III seçki dairələri dairə seçki komissiyalarında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilir.
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursların ilk günündə 50 nəfər iştirak edib.
Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov bildirib ki, müasir Azərbaycanda müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan strukturlardan biri də seçki təsisatlarıdır. Seçki prosesi ölkəmizin beynəlxalq imicini möhkəmləndirmək baxımından böyük rol oynayır. Ona görə də hər dəfə ölkəmizdə keçirilən seçkilər xalq qarşısında hesabat mahiyyəti daşımaqla yanaşı, inkişafın gələcək konturlarını müəyyən edən milli ictimai-siyasi hadisə kimi də çox vacibdir. Bu baxımdan, Binəqədi rayonunda aparılan hazırlıq işləri deməyə əsas verir ki, qarşıdakı parlament seçkiləri yüksək təşkilati fəallıqla keçiriləcək.
Həsən Bayramov deyib ki, sədrlik etdiyi Dairə Seçki Komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Binəqədi rayonundakı seçki məntəqələrində hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatları üzrə aparılır. Bütün məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur. Prezident İlham Əliyevin seçkilərin keçirilməsi barədə qarşıya qoyduğu vəzifə bu prosesin tam şəffaf təşkil edilməsidir. Bütün siyasi partiyalara seçkilərdə bərabər şərait yaradılmalıdır. İşlər bu istiqamətdə gedir.
“Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda çıxış edən MSK-nın nümayəndəsi Mikayıl Rəhimov deyib ki, bu gün informasiya cəmiyyəti çox inkişaf edib. Biz artıq 10 ildir ki, məntəqə seçki komissiyalarının 20 faizində veb-kameralar quraşdırmışıq və seçki günü seçkilərdə baş verən prosesləri dünyanın hər yerindən izləmək imkanı yaratmışıq. Bu istiqamətdə işlər davam etdirilir.
Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.
Üç gün davam edəcək kurslarda “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, “Seçici siyahıları ilə iş qaydası”, “Milli Məclisə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili”, “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” və “Milli Məclisə seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında məlumatlar veriləcək, seminarlar təşkil olunacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

