YAP-ın Mərkəzi Seçki Qərargahının Qubada bölgə müşavirəsi keçirilib
18.08.2015 [10:12]
Avqustun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şimal bölgəsi üzrə rayon şöbələrinin müşavirəsi keçirilib. YAP-ın Quba rayon təşkilatının qərargahında keçirilən müşavirədə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon şöbələrinin seçki qərargahlarının üzvləri iştirak ediblər. Müşavirədə əsas məsələ parlament seçkilərinə hazırlıq işlərinin vəziyyətini qiymətləndirmək və qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olub.
Müşavirədə YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.
Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ötən dövr ərzində görülmüş işlər haqqında qısa məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
Əli Əhmədov qeyd edib ki, YAP-ın yerli strukturları, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar: “Rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Hesab edirəm ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”.
Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən əsas amillərdən danışan Əli Əhmədov qeyd edib ki, bunlar ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıqdır: “Ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçkilərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq”.
Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir: “İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir”.
Müşavirədə, həmçinin, YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edib, rəhbərlik etdikləri qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər.
Müşavirənin yekununda YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək, parlament seçkiləri ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25

