/ / Siyavuş Novruzov: Leyla Yunusun məhkəmə prosesində hay-küylü çıxışı onun ermənilərə xas xüsusiyyətlərindən doğur
Siyavuş Novruzov: Leyla Yunusun məhkəmə prosesində hay-küylü çıxışı onun ermənilərə xas xüsusiyyətlərindən doğur
08.08.2015 [00:33]
“Leyla Yunusun məhkəmə prosesində hay-küylü çıxışı onun ermənilərə xas xüsusiyyətlərindən doğur. Keçmiş postsovet məkanında da, Azərbaycanda yaşadıqları dönəmdə də biz ermənilərin bənzər xüsusiyyətlərini çox müşahidə etmişik. Onlara yaxşı bələdik. Bu baxımdan da düşünürəm ki, bütün bunlar sırf erməni xislətindən doğan hərəkətlər kimi yadda qaldı”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
O, qeyd edib ki, Leyla Yunus məhkəməni şantaj etməklə özünün törətdiyi əməlləri ört-basdır etməyə çalışıb: “Necə ki, ermənilər dünya mətbuatında azərbaycanlılara qarşı şantajlarla çıxış edirlər, qərəzli mövqe sərgiləyirlər, eləcə də, Leyla Yunus belə edir. Bu qadının xəstəliyi barədə irəli sürdüyü iddiaları da cəfəngiyatdan başqa bir şey deyil. Bütün bunların hamısı ictimaiyyətdə şou düzəltməyə hesablanmış addımlardır. Əsas məqsədlərdən biri də məhkəmənin doğru qərar qəbul etməsinə maneçilik törətməkdir”.
Siyavuş Novruzov, həmçinin, bəzi beynəlxalq təşkilatların Leyla Yunusu müdafiə etməsinə də münasibət bildirib. İcra katibinin müavini qeyd edib ki, sözügedən beynəlxalq təşkilatlar bu insanlarla əlbirdirlər: “Neçə illərdir bunlara qrantlar verən beynəlxalq təşkilatlar erməni lobbisinə xidmət edənlərdir. Bu addımlar da Ermənistanın demokratik imicini formalaşdırmaqdan ötrü Ermənistanın hər hansı bir ölkə ilə düşmənçilik mövqedə dayanmadığını, hətta azərbaycanlıların gəlib Ermənistanda tədbirlərə qatıldığını göstərmək üçün erməni lobbisinin ayırdığı maliyyə hesabına atılırdı. Leyla və Arif Yunusovlar hər dəfə özləri ilə tədbirlər adı altında düşmən ölkəyə apardıqları insanların xüsusi kəşfiyyat orqanları ilə görüşdürülməsi və həmin insanları öz nəzarətləri altında saxlamaları müqabilində kifayət qədər pul qazanıblar. Ona görə də bu beynəlxalq təşkilatlar cinayətlərinin üstü açılmasın deyə bu cür bəyanatlarla çıxış edəcəklər. Artıq istintaqla onların bütün əməlləri ifşa olunub. Dünyanın aparıcı, inkişaf etmiş ölkələrində, o cümlədən, Avropa məkanında bu hallar yolverilməzdir”.
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25

