Azərbaycanın Avropa İttifaqı üçün önəmi artır
25.07.2015 [10:37]
Qurum Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, respublikamızın regionda əvəzolunmaz rolunu yüksək qiymətləndirir
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində bir tərəfdən öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıran, digər tərəfdən beynəlxalq münasibətlərdə daha fəal iştirak edən Azərbaycanın geosiyasi nüfuzu artıb, respublikamız regional və qlobal miqyaslı proseslərə müsbət mənada təsir göstərə bilən aktora çevrilib. Azərbaycan xarici ölkə və təşkilatlarla əməkdaşlıqda bir qayda olaraq xoş məram nümayiş etdirir, özünü etibarlı, beynəlxalq hüquq və normalara yüksək səviyyədə əməl edən tərəfdaş kimi təsdiqləyir, qarşılıqlı münasibətlərin bütün iştirakçı tərəflər üçün faydalı olmasına çalışır. Daha doğrusu, ölkəmiz belə praqmatik yanaşmanı istər xarici ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla əlaqələrdə özünün prinsipial mövqeyi kimi ortaya qoyur. Azərbaycanın son illərdə rasional zəmində əlaqələırini inkişaf etdirdiyi və qarşılıqlı münasibətlərdə yaxşı perspektivlər yarandığı beynəlxalq qurumlardan biri də Avropa İttifaqıdır.
Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqaz və Xəzər dənizi regionunda güclü potensiala malik tərəfdaş hesab edir
Son illərdə Azərbaycanın qlobal əməkdaşlığının genişlənməsi kontekstində ölkəmizin Avropa üçün əhəmiyyətinin daha da artmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Qlobal enerji layihələrini, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələri, həmçinin, siyasi əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün fundamental əsaslar hesab etmək mümkündür. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, əlaqələrin dərinləşməsinə istək birtərəfli deyil. Yəni Azərbaycan Avropa İttifaqı ölkələri ilə daha sıx əlaqələr qurmaq niyyəti nümayiş etdirdiyi kimi, qarşı tərəf də münasibətlərin dərinləşməsinə böyük önəm verir. Elə bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri də göstərdi ki, Avropa İttifaqı ölkəmizlə tərəfdaşlığın inkişaf etdirilməsinə olduqca israrlıdır. Donald Tuskun açıqlamalarından da göründüyü kimi, Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və respublikamızın beynəlxalq münasibətlər sistemində rolunu lazımınca qiymətləndirir.
Avropa İttifaqının Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda Azərbaycanın əvəzolunmaz rolunu yüksək qiymətləndirməsi ilk növbədə ölkəmizin güclü iqtisadi potensialı və geniş tranzit imkanlara malik olması ilə bağlıdır. Son illərdə Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri bütövlükdə Avropanın enerji daşıyıcılarına istehlakının ödənilməsində mühüm rol oynayır. Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Gələcəkdə isə Avropanın enerji təhlükəsizliyində respublikamızın rolu daha da artacaq.
Beləliklə, Azərbaycanın güclü iqtisadi potensialı, ölkəmizlə qarşılıqlı ticarət əlaqələrinin inkişafı Avropaya yüksək dividend vəd edir. Bunu Avropa İttifaqında yaxşı başa düşürlər. Yeri gəlmişkən, səfər zamanı Donald Tusk belə bir fikri ifadə edib ki, Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Avropa İttifaqının Azərbaycanı Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda əvəzolunmaz tərəfdaş hesab etməsi yalnız iqtisadi maraqlarla şərtlənmir, burada, həmçinin, ölkəmizin siyasi baxımdan əhəmiyyəti də vacib rol oynayır. Qlobal əməkdaşlığa sanballı töhfələr verən Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın daim nümayiş etdirdiyi konstruktiv mövqe beynəlxalq aləmdə ölkəmizə qarşı böyük inam yaradıb. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın dünyanın 155 ölkəsinin etimadını qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və bu müddətdə TŞ-yə iki dəfə uğurla sədrlik etməsi bunun təsdiqidir. Bütün bunların müqabilində digər beynəlxalq təşkilatlar kimi, Aİ də Azərbaycanın regional və qlobal miqyasda siyasi əhəmiyyətini yüksək qiymətləndirir.
Ölkəmiz də Aİ ilə əməkdaşlığa böyük önəm verir
Bir sözlə, qarşılıqlı maraqların geniş spektrini nəzərə aldıqda Azərbaycanla Avropa İttifaqı ölkələrinin əməkdaşlığının perspektivləri nikbinlik doğurur. Siyasi və iqtisadi sahədə Azərbaycanla Avropa İttifaqı ölkələrini ortaq məxrəcə gətirən çağırışlar kifayət qədər çoxdur. Hazırda Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları qismində çıxış edirlər. Ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur.
Qarşılıqlı əlaqələrin dərinləşməsi fonunda diqqəti çəkən əsas məqamlardan biri isə ölkəmizlə Aİ arasınada əməkdaşlığın getdikcə daha artıq dərəcədə real müstəviyə keçməsidir. Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlığını yeni istiqamətlərlə daha da zənginləşdirmək niyyətindədir. Yeri gəlmişkən, Azərbaycanın dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuat konfransında əməkdaşlığın əsas istiqamətlərini göstərib. Dövlət başçısı deyib ki, biz gələcəkdə bu tərəfdaşlığı inkişaf etdirmək istəyirik: “Avropa İttifaqı ilə Azərbaycan arasında uzun illərdir davam edən fəal əməkdaşlığın böyük dəyərə malik olmasından çox məmnunuq”.
Azərbaycan iqtisadi və siyasi müstəvilərdə əlaqələr qurduğu bütün tərəfdaşları kimi, Avropa İttifaqı ölkələri ilə də məhz praqmatik, qarşılıqlı faydalı əməkdaşlıq zəminində münasibətlərə üstünlük verir. Bu münasibətlər bərabərhüquqlu, səmərəli olmalı, qarşılıqlı etimada əsaslanmalıdır. Tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edən razılaşdırılmış prinsiplərə riayət olunması hər iki tərəf üçün mütləq xarakter daşımalıdır. İkitərəfli münasibətlərdə təhdid, təzyiq, qarşılıqlı etimaddan sui-istifadə, daxili işlərə müdaxilə kimi zərərli addımlara yol verilməməlidir.
Donald Tuskun ölkəmizə səfəri Azərbaycandakı radikal müxalifətə dərs oldu
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Donald Tuskun səfəri beynəlxalq qurumların Azərbaycandakı radikal müxalifətə hansı qiyməti verməsi baxımından da diqqətdə olub. Belə ki, Cənubi Qafqaz ölkələrində səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 20-də Ermənistan rəsmiləri ilə yanaşı, bu ölkənin müxalifət liderləri ilə görüş keçirib. Bununla bağlı “Twitter” mikrobloqundakı səhifəsində məlumat verən D.Tusk Ermənistan müxalifətinin güclü və məsuliyyətli olduğuna da işarə vurub.
Ölkəmizə səfəri çərçivəsində isə Donald Tusk Azərbaycanın dövlət başçısı ilə görüşüb və birgə mətbuat konfransında iştirak edib. Aİ rəsmisi bundan sonra Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək müxtəlif məsələləri müzakirə edib. Tədbirdə hakimiyyətlə konstruktiv əməkdaşlıq edən QHT rəhbərləri iştirak ediblər.
Lakin Donald Tusk nədənsə özünü “ana müxalifət” hesab edən AXCP sədri Əli Kərimli, “real müxalifət qurumu” kimi qələmə verilən “Milli şura”nın sədri Cəmil Həsənli, aldığı zərbələrdən hələ də dirçələ bilməyən “Müsavat” başqanı Arif Hacılı, həmçinin, “Müsavat”ın keçmiş sədri İsa Qəmbərlə görüşmək istəməyib. Görünür, cənab Tusk hesab edib ki, Azərbaycanın cılız və miskin durumda olan radikal müxalifəti ilə görüşməyin mənası yoxdur.
Beləliklə, Donald Tusk Azərbaycandakı radikal müxalifətinin gözünü yolda qoyaraq ona layiq olduğu qiyməti verdi və bu səfər bir növ radikallara dərs oldu.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34

