Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda hava nəqliyyatı infrastrukturunun inkişafı yüksək qiymətləndirilib

Azərbaycanda hava nəqliyyatı infrastrukturunun inkişafı yüksək qiymətləndirilib

24.07.2015 [09:37]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədyarov Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış Sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiya edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını diqqətə çatdırıb.
T.Anodina Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakıda peşəkar fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, Azərbaycanda hava nəqliyyatı infrastrukturunun inkişafını və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını qeyd edib.
Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 
Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30