Birinci Avropa Oyunları dünyaya Azərbaycanın güclü potensialını nümayiş etdirdi
04.07.2015 [10:39]
Prezident İlham Əliyev: Bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir
Hər bir ölkənin ümumi inkişaf səviyyəsi bir sıra digər parametrlərlə yanaşı, həm də idmanın inkişafı ilə ölçülür. Güclü iqtisadi potensiala malik, hərtərəfli inkişaf edən ölkələr bir qayda olaraq idmanda da yüksək nəticələrə nail olurlar. Bu baxımdan, birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana etibar edilməsi və yarışlarda respublikamızı təmsil edən idmançıların yüksək nəticələr qazanmaları tamamilə təbiidir. Qlobal miqyasda baş verən kataklizmlərə baxmayaraq, dinamik inkişaf templərini qoruyub saxlayan, sosial-iqtisadi sahədə böyük uğurlara imza atan Azərbaycanda, eyni zamanda, idmanın inkişafına böyük qayğı və diqqət göstərilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdəki nitqində yarışlarda ölkəmizi təmsil edən idmançıların uğurlarından məmnunluğunu ifadə edərək vurğulayıb: “İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, Dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir”.
Birinci Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün tarixi hadisədir
Azərbaycanın iyunun 12-dən 28-dək ev sahibliyi etdiyi birinci Avropa Oyunları Avropanın idman aləmində mühüm hadisəyə çevrildi. 17 gün ərzində dünyanın idman nəbzi respublikamızda döyündü. Oyunların Şərqlə Qərbin vəhdətini, milli mədəniyyətimizin qədimliyini və müasirliyini təcəssüm etdirən möhtəşəm açılış və bağlanış mərasimlərini, eyni zamanda, yüksək səviyyədə keçən yarışları dünyada milyonlarla tamaşaçı izlədi. Şübhə yoxdur ki, möhtəşəm açılış və bağlanış mərasimlərinin və yarışların təəssüratları Oyunların iştirakçılarının, ölkəmizə gələn qonaqların və milyonlarla televiziya tamaşaçılarının yaddaşlarından heç vaxt silinməyəcək. Prezident İlham Əliyev yarışların əhəmiyyətinə diqqət çəkərək birinci Avropa Oyunlarını istər Azərbaycan, istərsə də qitə üçün tarixi hadisə kimi səciyyələndirib: “Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq, heç vaxt qitə Oyunları keçirilməmişdir”.
Həqiqətən də, birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Azərbaycan belə genişmiqyaslı Avropa Oyunlarına həm ev sahibliyi hüququ qazanmaqla, həm də yarışları yüksək səviyyədə keçirməklə qısa müstəqillik tarixinin ən yaddaqalan səhifələrindən birini yazdı. Respublikamız Avropa idman ictimaiyyətinin ona göstərdiyi etimadı yüksək səviyyədə doğrultdu. Yarışların davam etdiyi 17 gün ölkəmizə xas olan dəyərlərin, xalqımızın yüksək qonaqpərvərliyinin, mədəniyyətimizin təbliğində mühüm vasitəyə çevrildi. Bütün ölkə, xalqımız Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri, yarışların yüksək səviyyədə keçməsi ilə qürur duyur. Biz fəxr edirik ki, Azərbaycanın adı tarixdə Avropa Oyunlarının ilk dəfə keçirildiyi ölkə kimi həmişəlik qalacaq.
Oyunların qitə üçün əhəmiyyəti isə, necə deyərlər, həm də Avropa üçün tarixi ədalətsizliyin aradan qalxması ilə bağlıdır. Məlumdur ki, indiyədək ayrı-ayrı qitələrdə çempionatlar keçirilsə də, Olimpiya Oyunlarının beşiyi sayılan Avropada qitə miqyaslı yarışlar keçirilmirdi. Azərbaycanın ev sahibliyi etdiyi yarışlarla bu boşluğa son qoyulub və artıq Avropa da öz Oyunlarına sahibdir.
Birinci Avropa Oyunları Azərbaycanın gücünü təsdiqlədi
Məlumdur ki, dünya praktikasında birinci Avropa Oyunları miqyasında yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 30 ay ərzində yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atıb. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri, yarışların yüksək səviyyədə keçməsi ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən yarışlara ən yüksək səviyyədə hazırlıq işləri aparıldığını təsdiqlədi. Oyunlara hazırlıqla bağlı paytaxt Bakıda zəruri infrastruktur qurulub, o cümlədən, yeni yollar və yol ötürücüləri, tunellər, piyada keçidləri tikilib, genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Oyunlar ərəfəsində paytaxtın ictimai nəqliyyat parkı əsaslı şəkildə yenilənib. İdman qurğularının da yarışlara yüksək səviyyədə hazırlanmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində mövcud arenalarda, o cümlədən, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Kristal Holl”da və digər ünvanlarda ya əsaslı yenidənqurma aparılıb, ya da zəruri uyğunlaşdırma əməliyyatları yerinə yetirilib. Bundan başqa, şəhərimizin idman infrastrukturuna 5 yeni müasir arena daxil edilib. Bunlar 70 minədək tamaşaçı tutumuna malik Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, BMX Veloparkı, Atıcılıq Mərkəzidir. Birinci Avropa Oyunlarının iştirakçılarının yerləşdikləri Atletlər kəndi barədə də hər cür xoş söz söyləmək mümkündür.
Beləliklə, yüksək səviyyəli hazırlıq işləri, Oyunların böyük uğurla keçməsi, son dərəcə möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü dövlət olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan nitqində respublikamızın dünyaya bir çox nümunələr təqdim etmək iqtidarında olduğunu xüsusi nəzərə çatdırıb. Dövlət başçısı Azərbaycanın özünü dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan dövlət kimi göstərməsindən məmnunluğunu ifadə edərək deyib: “Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı, əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün, bəlkə, yüzilliklər lazımdır”.
Oyunlar cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb
Şübhəsiz ki, birinci Avropa Oyunları ölkəmiz üçün bir çox cəhətdən əlamətdardır. Bu kimi məqamlar sırasında Azərbaycanın tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməsinin cəmiyyətdə yaratdığı yüksək əhval-ruhiyyəni xüsusi vurğulamaq gərəkdir. Məhz bu amil artıq tarixə dönən birinci Avropa Oyunlarının uğurla keçirilməsində mühüm rol oynayıb.
Həqiqətən də, birinci Avropa Oyunlarının mənəvi mirasları çox böyük önəm daşıyır. Azərbaycan cəmiyyəti ölkəmizdə bütün mərhələlərdə Oyunlara hazırlıq işlərinə və yarışlara hər cəhətdən dəstək nümayiş etdirib. Burada gənclərin fəallığını xüsusi vurğulamaq gərəkdir. Belə ki, 20 mindən artıq könüllü Azərbaycan gənci Oyunlara öz dəstəyini ifadə edib. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının cəmiyyətdə çox nadir əhval-ruhiyyə yaratdığını xüsusi vurğulayıb. Azərbaycan cəmiyyətinin milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət etdiyindən məmnunluğunu nəzərə çatdıran dövlət başçısı Oyunların keçirilməsinin yükünün böyük hissəsinin könüllülərin üzərinə düşdüyünü bildirib: “Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

