Azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoşəkilləri Belçika Senatında sərgilənib
18.06.2015 [09:28]
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoşəkilləri Belçika Senatı prezidentinin qərarından sonra - iyunun 16-da BMT-nin Dünya Qaçqınlar Gününün qeyd olunması ilə əlaqədar Brüsseldə, Belçika Senatında neoklassik mühitdə sərgilənib.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyi tərəfindən təşkil edilmiş emosional ruhlu bu sərgi bir milyondan artıq qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan köçürülməsinin və onların acınacaqlı vəziyyətinin Avropa ictimaiyyətinə nümayiş etdirilməsinə xidmət edir.
BMT-nin Təhlükəsizlik Şurasının 22 il bundan əvvəl Ermənistanın işğalçı siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq bu insanlar bütün ölkədə müxtəlif ərazilərə səpələnmiş düşərgələrdə yaşayırlar.
TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen bununla bağlı deyib: “Qaçqınların acınacaqlı vəziyyəti bəşəriyyət yaranandan bəri mövcud olub, lakin yalnız II Dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət bu problemi nəzərə alıb. 2003-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mandatı “qaçqın problemi tam həll olunana” qədər genişləndirilib. Bu sərginin məqsədi həmin şəkillərdə göstərilənlərin qaçqın və məcburi köçkünlərə çevrilməsinə cavabdeh olan şəxsləri vurğulamaq deyil. Bu şəkillərə baxarkən biz onların vəziyyətini, çəkdikləri əzabı, məhdud imkanları və bədbəxtliklərini təsəvvür etməliyik”.
Daha sonra Mark Vervilghen I Dünya müharibəsi zamanı Niderlanda qaçmış bir milyon belçikalının çəkdiyi əzablardan bəhs edərək paralellər aparıb.
Tanınmış alman fotoqrafı Filip Ratmer isə bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın unudulmuş münaqişələrindən biridir. İki keçmiş sovet respublikası arasında münaqişə 1988-1994-cü illərdə baş vermiş müharibədə öz pik nöqtəsinə çatıb. Bu müharibə zamanı Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib və azərbaycanlı əhalini həmin torpaqlardan qovub. İndiki zamanda 23 üç il sonra bu münaqişə artıq uzaqda qalıb. Atəşkəs kövrək sülhü qoruyur. Bu münaqişə müharibə və qovulma qurbanları üçün heç də unudulmuş bir hadisə deyil. Qaçqın və məcburi köçkünlər onun nəticələrindən bu günə qədər əziyyət çəkirlər.
2012-ci ilin iyul ayında mən bir həftə ərzində məcburi köçkünlərin məskunlaşdığı Ağcabədinin Taxtakörpü və Ağdamın Quzanlı qəsəbələrində, eləcə də Bakının şimalında yerləşən Dərnəgül və Pirşağı qəsəbələrində olmuşam. Bu zaman mən bu insanların simalarını yaxından çəkərək onların əzablarını göstərməyə çalışmışam. Hər obyekt eyni formada - qara fonda və birbaşa günəş işığı düşməyən yerdə çəkilib. Daha çox insanların simalarına, onların çəkdiyi əzaba və həyat hekayələrinə diqqət yetirilirdi. Siz bu problemləri onların gözlərində və üzlərinin qırışlarında görə bilərsiniz.
Əsas diqqət insanların vəziyyətinə yönəlmişdi. Mən hər şəxsin adını, yaşını, məşğuliyyətini, yaşadığı düşərgənin adını və məcburi köçkün düşdükləri şəhərin adını qeyd etmişəm. Onlar həm də təcrübələri haqda danışırdılar. Bəziləri bunu çox səmimi şəkildə edirdi, bəziləri isə çox da istəməyərək, könülsüz... Bu şəkillər münaqişənin bir tərəfini göstərir - qaçmağa və evlərini tərk etməyə məcbur olan tərəfi. Bununla onlar bütün dünyada baş verən bir çox müharibələr nəticəsində məcburən köçürülmüş bütün insanları təmsil edirlər. Onların hamısının bir arzusu var idi - onlar işğal olunmuş rayonlara gedən beş yoldan birini seçib geri qayıtmaq istəyirlər: “Evə geri aparan beş yol”dan birini...”
“Evə geri aparan beş yol” adlı sərgi Berlin, Paris və İstanbulda geniş auditoriya qarşısında nümayiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

