YAP ölkəmizin alternativsiz siyasi qüvvəsidir
06.06.2015 [11:18]
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev partiyanın bütün fəaliyyətində Heydər Əliyev ideyalarına söykəndiyini bildirib. Ş.Hacıyev bildirib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Onun sözlərinə görə, Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.
Ş.Hacıyev qeyd edib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Sədr əvəzi qeyd edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub.
Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. M.Nağıyev bildirib ki, əgər IX konfransda təşkilat üzvlərinin sayı 21 min nəfər idisə, indi bu göstərici 23 min 450 nəfərdən çoxdur. Təşkilat üzvlərinin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir. Onun sözlərinə görə, hesabat dövründə təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak ediblər. Xüsusilə 2013-cü ilin prezident, 2014-cü ilin bələdiyyə seçkilərində rayon təşkilatı aktiv fəaliyyət göstərib. M.Nağıyev hesabat dövründə rayon təşkilatının keçirdiyi tədbirlər haqqında da geniş məlumat verib.
Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, “91-lər” hərəkatının üzvü Hacan Hacıyev, 6 saylı orta məktəbin direktoru Gülşən Orucova və Xalq artisti Amaliya Pənahova çıxış edərək rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər.
Müzakirələrdən sonra konfrans iştirakçıları YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səbail rayon təşkilatının partiyanın yerli strukturları arasında ən öncül sıralarda olduğunu bildirib. S.Novruzov deyib ki, yarandığı vaxtdan mərhum professor Zahid Qaralov təşkilata uğurla rəhbərlik edib və yaxşı ənənələr yaradıb. Onun fikrincə, təşkilata yeni seçiləcək heyət bu ənənələri yeni keyfiyyətlə davam etdirəcək. S.Novruzov bildirib ki, YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir: “Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edirlər. Gənclərin intellektual səviyyələri çox yüksəkdir. Bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər”.
Yaxın günlərdə ölkəmizdə ilk Avropa Oyunlarının başlayacağını deyən YAP İcra katibinin müavini belə bir zamanda müəyyən qüvvələrin Azərbaycana qarşı kampaniyalar apardığını bildirib. O, YAP üzvlərini bu məsələlərdə ayıq-sayıq olmağa, möhtəşəm idman tədbirində fəallıq göstərməyə çağırıb: “Qarşıdan birinci Avropa Oyunları gəlir və bizim fəallarımız bütün fəaliyyət istiqamətlərində olduqları kimi, bu möhtəşəm tədbir ərəfəsində də öz fəallıqlarını göstərməlidirlər. Təbliğat-təşviqat işlərində əzmlə çalışmalı, ölkəmizə gələcək xarici qonaqlara Azərbaycanın zəngin tarixi barədə bilgilər verməlidirlər”.
S.Novruzov bildirib ki, Azərbaycanı istəməyən qüvvələr iyunun 10-da Avropa Parlamentində idman və insan haqları mövzusunda tədbir keçirməyə hazırlaşır: “Bu, BMT-nin prinsiplərinə ziddir. Çünki idmanı siyasiləşdirmək olmaz. Onlar nə edirlər - etsinlər, Prezident İlham Əliyevlə xalqın birliyi, YAP-ın gücü bütün təzyiqləri dəf edəcək. Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Eləcə də, bu ilin noyabr ayında keçiriləcək parlament seçkiləri də demokratiyanın təntənəsi olacaq”.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxışında deyib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib: “Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib”.
Onun sözlərinə görə, YAP yeniləşən Azərbaycanın partiyasıdır. M.Qurbanlının fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır.
“Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Həmçinin, Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrimizdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Eyni zamanda, YAP daxili demokratiyaya sahib olan partiyadır. Partiyamız həm də nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP, Ulu öndər Heydər Əliyevin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini deyən M.Qurbanlı ölkəmizin inkişafını gözü götürməyən xarici dairələrin olduğunu bildirib. Onun sözlərinə görə, bu dairələr əsasən erməni lobbisi tərəfindən maliyyələşdirilir. M.Qurbanlı deyib ki, Azərbaycan güclü dövlətdir, hər hansı təhdidlər onu getdiyi düzgün yoldan çəkindirə bilməz.
Səbail rayon İcra Hakimiyyətinin (İH) başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov YAP Səbail rayon təşkilatı ilə İH-nin fəal əməkdaşlıq etdiyini, birgə tədbirlər keçirdiyini diqqətə çatdırıb. O, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra təşkilati məsələlərə baxılıb. Şəmsəddin Hacıyev yekdilliklə YAP Səbail rayon təşkilatının sədri seçilib. Muxtar Nağıyev, Arzuman Muradlı, Əhliman Qarayev, Qabil Qafarov, Xalidə Bayramova və Mehman İsmayılov isə sədr müavinləri seçiliblər.
Eyni zamanda, rayon təşkilatının 97 nəfərlik Şurası, 29 nəfərlik İdarə Heyəti seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

