Qabil Hüseynli: Bu, hədsiz dərəcədə pislənməyə layiq olan hərəkətdir
06.06.2015 [10:54]
“Normal məntiqlə bu addımları yozmaq çox çətindir”. Bunu isə politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, o qədər bədxah, ikrah doğurucu hərəkətlər edirlər ki, insan bunu normal məntiqlə yozmaqda çətinlik çəkir: “Çünki Azərbaycan bu qədər vəsait sərf edir və heç bir dövlət üzərinə götürmədiyi halda, bu qədər ağırlığı öz çiyninə götürüb. Məsələn, Amerika Oyunları, Asiya Oyunları var, amma Avropa Oyunlarını təşkil etməyə heç bir Avropa dövlətinin cürəti çatmırdı. Azərbaycan bu cürəti özündə tapdı və bunu həyata keçirməyə başladı. Artıq məlum olur ki, Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə hazırlaya bilib. Açığını deyək ki, Yunanıstan heç vaxt Azərbaycana yumşaq münasibət bəsləməyib. Erməniləri sevən və Ermənistanın işğalını heç vaxt pisləməyən Yunanıstanın Azərbaycana münasibətdə hansı mövqeyi sərgiləyəcəyini bilmək o qədər də çətin deyil. Amma Avropa İttifaqının Bakı ofisinin bu cür ikrah doğurucu hərəkətləri təəccüb doğurur. Çünki birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcəksə, bundan həm də Avropa İttifaqı, Avropa İttifaqının ofisi müəyyən xallar qazanacaq. Onların Avropa Oyunlarını pozmağa, Oyunlar ətrafında şübhəli atmosfer formalaşmasına çalışmasını insani duyğularla, arqumentlərlə yozmaq çox çətindir. Bu, hədsiz dərəcədə pislənməyə layiq olan hərəkətdir. Yunanıstanı bir kənara qoyuram, bir ölkədə oturub hansısa dəyərləri aşılamaq missiyasını həyata keçirməyi üzərinə götürmüş bir qurumun belə rəzil işlərlə məşğul olması insanlıq adına yaraşan işlər deyil. Üstəlik, bu prosesə Azərbaycana rəğbəti aydın hiss olunmayan dövlətləri də qoşmaq və o dövlətlərlə Azərbaycanın arasını daha da gərginləşdirmək xətti tutmaq ümumiyyətlə, beynəlxalq normalara sığışmayan hərəkətdir. Bu hərəkətlərin içərisində tək anti-Azərbaycan əməlləri sezilmir, həm də islamofobiya əməlləri də nəzərə çarpır. Görünür ki, müsəlman dövləti olan Azərbaycanda belə işlərin görülməsi bəzilərinin içindəki qurdları oyadıb və onları müxtəlif təxribatlara sövq edib. Azərbaycan dişini sıxıb Avropa Oyunlarının sona çatmasına qədər əsəblərini möhkəm tutmalı, bu cür yaramaz hərəkətləri yada salmadan bütün gücünü oyunların uğurla keçməsinə sərf etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

