Yaponiyanın “Fuji Optical” şirkəti Azərbaycanda xeyirxah missiyasını uğurla davam etdirir
27.05.2015 [09:44]
Mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərdiyi xatırlanıb.
Baş nazirin müavini Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirərək qeyd edib ki, bu xeyirxah missiya artıq 10 ildir həyata keçirilir. Ötən müddətdə şirkət tərəfindən 43 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza paylanılıb. Ümumilikdə 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. 2005-2015-ci illərdə şirkət tərəfindən Azərbaycandakı fəaliyyətin yerinə yetirilməsi üçün 2 milyon dollara yaxın vəsait xərclənib.
Əli Həsənov Akio Kanainin hazırkı səfəri zamanı Ağdam, Tərtər rayonlarında, Bakı şəhərində 3 minə yaxın bu qəbildən olan insana optik, günəş eynəkləri, eşitmə aparatları və digər müxtəlif vasitələr paylamasını yüksək qiymətləndirib.
Akio Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist məhz o mükafatı da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün su artezian quyusunun qazılmasına sərf edib.
Əli Həsənov bu xeyirxah missiyanın uğurla davam etdirilməsi üçün Azərbaycan Hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını vurğulayıb. Qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya Hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib.
Komitə sədri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasının təəssüf doğurduğunu bildirib.
Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan Hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib, builki missiyanın da uğurla keçirildiyini qeyd edib. Akio Kanai deyib: “Bu il keçirdiyimiz missiya zamanı bizə daha çox insan müraciət etdi. Deyə bilərəm ki, ən uğurlu missiyamızı məhz bu il yerinə yetirdik”.
Artıq 10 ildir ölkəmizə mütəmadi olaraq səfər etdiyini deyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

