/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
06.05.2015 [09:47]
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası gənclərimizin bundan sonra da Ulu öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə olunması üçün əlindən gələn hər bir şeyi etməyə hazırdır və edəcək
Məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən inşa müsabiqəsi keçirilib. Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Baş nazirin müavini Elçin Əfəndiyevin, dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov dahi rəhbər, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Nazir bildirib ki, qüdrətli dövlət xadimi Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma Vətənə, xalqa həsr edib.
Ulu öndərin təhsilə daim böyük önəm verdiyini, bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir hazırda Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müsabiqənin əhəmiyyətindən danışan nazir Mikayıl Cabbarov “məktəblilər inşa yazılarında dahi rəhbər Heydər Əliyev haqqında düşüncələrini, Ulu öndərə sonsuz məhəbbətlərini ifadə ediblər” deyib.
Təhsil sahəsində reallaşdırılan tədbirlərdən söz açan Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, qarşıda duran əsas məsələlərdən biri təhsil sisteminin modernləşməsi, təhsilin məzmununun müasirləşdirilməsidir.
Mikayıl Cabbarov çıxışında onu da bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərin milli, vətənpərvər ruhda tərbiyə olunmalarına xüsusi önəm verirdi: “Ulu öndərin gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyəsinə dair əbədiyaşar ideyaları bundan sonra da təhsilin məzmununda prioritet istiqamət olacaq”.
Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirləri, təhsil sahəsində qarşıda duran vəzifələri də diqqətə çatdırıb. Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri və orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunan inşa müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən keçirilir.
Müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib. Bu müsabiqədə 16 nəfər birinci, 19 nəfər ikinci, 22 nəfər üçüncü yeri tutub, 35 nəfər dördüncü (həvəsləndirici) yerə layiq görülüb. Müsabiqədə uğur qazanan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini, Əli Əhmədov müsabiqənin keçirilməsindən, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Ulu öndərin siyasi irsinin daha da dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
“Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən 9 il bundan əvvəl irəli sürülən bu ideya Təhsil Nazirliyi tərəfindən dəstəkləndi və artıq xoş bir ənənəyə çevrilib” - deyən Əli Əhmədov bildirib ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagirdin iştirak etməsi məktəblilər arasında Heydər Əliyevin ideyalarına, Heydər Əliyevin şəxsiyyətinə, Heydər Əliyevin xatirəsinə nə qədər böyük hörmət və ehtiramın olmasından xəbər verir: “Amma, eyni zamanda, bu tədbirin digər çox mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu inşa yazı müsabiqəsinin keçirilməsi bizim gənclərimizdə, məktəblilərdə dövlətçilik təfəkkürünün formalaşmasına bilavasitə təsir göstərir. Heydər Əliyevin xatirəsinə hörmət, Heydər Əliyevin ideyalarına, zəngin irsinə hörmət və məhəbbət əslində, Azərbaycan dövlətçiliyinə hörmət və məhəbbət mənasında başa düşülməlidir”.
Çıxışında müasir dünyada təhsilin önəmli rolunu xatırladan Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını bildirib.
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov onu da əlavə edib ki, partiya artıq 9-cu dəfə keçirilərək xoş ənənəyə çevrilən bu müsabiqədə yer tutub, sonra isə ali məktəblərə daxil olanlar üçün xüsusi təqaüd təsis edib: “Bu gün 37 nəfər vaxtilə müsabiqədə qalib olmuş, indi isə Azərbaycanın ayrı-ayrı universitetlərində tələbə olan gənclərimiz YAP-ın xüsusi təqaüdünü alırlar. Bu, bir neçə il bundan əvvəlkindən xeyli çoxdur, gələcəkdə daha da artacaqdır. Bu, ondan xəbər verir ki, müsabiqədə iştirak edən gənclərimizin istedad və bacarıq kriteriyaları getdikcə artmaqdadır. Daha çox istedadlı və savadlı gənclərimiz bu müsabiqəyə qoşulurlar və qaliblər sırasında ali məktəblərə qəbul olunmaq şərəfinə nail olanların sayı çoxalır. Mən bu gənclərimizi təbrik edirəm. Yeni Azərbaycan Partiyası gənclərimizin bundan sonra da Ulu öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə olunması üçün əlindən gələn hər bir şeyi etməyə hazırdır və edəcək”.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamını tədbir iştirakçılarına çatdırıb. İ.Mustafayev Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin və digər tədbirlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin, ideyalarının əhəmiyyətini diqqətə çatdırıblar. Prezident İlham Əliyev siyasətinin uğurlu nəticələrindən söz açan natiqlər ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildiriblər. Çıxış edənlər müsabiqənin qaliblərini təbrik ediblər.
Sonra qaliblərə diplom və digər mükafatlar təqdim olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

