Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək

Bahar Muradova: Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək

10.04.2015 [10:06]

“Ölkəmiz ATƏT və onun institutları ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb”. Bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, ötən yay ATƏT PA-nın iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoydu. Onun sözlərinə görə, həmin sessiyada qəbul edilən qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir.
“Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin, o cümlədən ATƏT-in müvafiq strukturlarının müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq”, - vitse-spiker vurğulayıb.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30