Zaqatalada “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
07.04.2015 [10:05]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininin ənənəvi dəyərlərinin təbliği ilə bağlı regionlarda dini maarifləndirmə tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, DQİDK-nin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 6-da Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirdə Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin Komitənin rəsmiləri və Milli Məclisin deputatları iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət evində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açıb. M.Əhmədzadə İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Qeyd olunub ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.
Konfransda çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayan Komitə sədri, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, indi Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dinc yanaşı, azad şəraitdə yaşayırlar.
Komitə sədri bildirib ki, ayrı-ayrı bölgələrdə təşkil olunan bu tədbirlərin əsas məqsədi dövlət-din münasibətləri ilə əlaqədar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır. Vurğulanıb ki, dünyada İslam dinini radikalizmə sürükləmək meyllərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Konfransda Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin deputatı Kamilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi İbrahim İbrahimov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, tolerantlıq mühitinin qorunub saxlanması, zərərli təbliğatın qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.
Sonra konfrans işini plenar iclaslarda davam etdirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə keçirilən birinci plenar iclasda “Dini dəyərləri yenidən düşünmək: “tarixilik” və “qloballıq” iddiaları” mövzusunda məruzə dinlənilib, həmçinin Komitədə hazırlanmış nümunəvi layihənin təqdimatı olub.
İkinci plenar iclasda isə “İslam dünyasında radikalizmin yaranma səbəbləri: tarixilik və müasirlik” və “Dini radikalizmlə mübarizənin metodoloji əsasları” mövzularında məruzələr dinlənilib.
Konfransın birinci günü DQİDK-nin rəsmiləri Zaqatala şəhəri və Əliabad qəsəbəsindəki Cümə məscidlərinə də baş çəkib, həmçinin Bakı İslam Universitetinin Zaqatala filialında olublar.
Aprelin 7-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07

