Qafqaz Müsəlmanları İdarəsinin sədri Polad Bülbüloğlunu yubiley münasibətilə təbrik edib
06.02.2015 [09:50]
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 70 illik yubileyi münasibətilə təbrik edib, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın dini icmalarının rəhbərləri iştirak ediblər.
Allahşükür Paşazadə yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub. Məktubda qeyd edilir ki, P.Bülbüloğlu həmişə öz xalqına, ölkəsinə sədaqətlə xidmət edib, Azərbaycanın mənafelərinin keşiyində dayanıb, ölkəmizin mədəniyyətini xaricdə populyarlaşdırıb.
A.Paşazadə deyib: “Bizim fəaliyyət sahələrimiz müxtəlif olub, lakin biz tez-tez görüşür, bizi maraqlandıran məsələləri müzakirə edirik”.
P.Bülbüloğlu bu səmimi sözlərə və diqqətə görə təşəkkürünü bildirərək qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin başçısının və başqalarının bu cür ehtiramını görmək böyük səadətdir.
“Mənim üçün böyük şərəfdir ki, Prezident məni təbrik etməyə gələn bütün qonaqları qəbul etdi, onların yanında mənə “Şərəf” ordenini təqdim etdi”, - deyən P.Bülbüloğlu daha sonra əlavə edib ki, Ulu öndər Heydər Əliyevin məktəbini keçdiyinə görə taleyindən çox razıdır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə səfir kimi fəaliyyətini davam etdirir.
Yubilyar 10 ildən artıq müddətdə əvvəlcə nazir kimi, daha sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi ölkə Prezidenti ilə birgə çalışmasından məmnun olduğunu bildirib.
P.Bülbüloğlu ölkəmizdə bərqərar olmuş tolerantlıq və konfessiyaların dinc yanaşı yaşaması, yaxın vaxtlarda ölkəmizdə Multikukturalizm Mərkəzi açılması məsələlərinə toxunaraq qeyd edib ki, Prezident də qonaqları qəbul edərkən bu məqamları vurğulayıb.
Görüşdə şeyx yubilyara müsəlmanların müqəddəs Qurani-Kərim kitabını hədiyyə edib. P.Bülbüloğlu hədiyyəni qəbul edərək, Qarabağ münaqişəsinin həlli gününü yaxınlaşdırmaq üçün əlindən gələni edəcəyinə and içib.
Dini konfessiyaların rəhbərləri də yubilyarı təbrik ediblər - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein səfiri Müqəddəs Apostol Varfolomey medalı ilə təltif edib, Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç isə yubilyara “Menora” şamdanı təqdim edib.
Polad Bülbüloğlu ona göstərilən diqqət və hörmətə görə dini icmaların başçılarına təşəkkür edib, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

