İsmayıllıda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir
30.01.2015 [10:08]
Yanvarın 29-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Göyçay rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransın əhəmiyyətini qeyd edərək bu gün islam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Natiq rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı danışıb. Geosiyasi maraqların getdikcə şiddətlənərək təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənməsinin dəhşətli nəticələrə səbəb olduğunu diqqətə çatdıran natiq bu gün bəzi müsəlman ölkələrində baş verən silahlı toqquşmaların məhz bu maraqdan irəli gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda da radikalizm meyllərinin güclənməsində maraqlı olan, ölkəmizin uğurlarını gözü götürməyən xarici qüvvələr vardır.
Mübariz Qurbanlı dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan komitə sədri bu sahədə qazanılan uğurları diqqətə çatdırıb.
Azərbaycanlıların etiqad etdiyi islam dininin ənənəvi dəyərlərinin təbliğinin prioritet məsələ olduğunu vurğulayan M.Qurbanlı bu sahədə maarifləndirmə işinə daha diqqətlə yanaşılmanın vacibliyini bildirib. Qeyd edib ki, gəncləri radikalizm meyllərindən çəkindirməkdə, bu sahədə onları yad təsirlərdən qorumaqda hər kəsin, xüsusilə din xadimlərinin üzərinə daha məsuliyyətli vəzifələr düşür. Unutmaq olmaz ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı, onu insanlara düzgün şəkildə çatdırmalıyıq.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıblar.
Bu gün konfrans öz işini plenar iclaslarda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30

