/ / Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe sərgiləyir
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe sərgiləyir
17.01.2015 [11:10]
Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli problemlərdəndir. Məhz buna görə də, münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə bütün dövlətlər tərəfindən mütəmadi şəkildə səsləndirilməkdədir. Qısası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir.
Qeyd etdiyimiz kimi, beynəlxalq miqyasda dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini əsas tutaraq fəaliyyət göstərən milli aktorların hamısı bəhs edilən münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini mütəmadi şəkildə dəstəkləməkdədir. Bunlardan biri də qardaş Türkiyə Respublikasıdır. Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və ruhuna müvafiq olaraq rəsmi Ankara bütün digər sahələrdə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ölkəmizin haqlı mövqeyinə ardıcıl dəstək verməkdədir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə dövlət səfərində də bu məsələ gündəmdə olub. Belə ki, iki ölkə başçısının mətbuata bəyanatla çıxışlarında bu məsələyə xüsusi olaraq toxunulub. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar olaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir: “Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdik və bundan geriyə addım atmağımız əsla mümkün deyildir”.
Önəmli və diqqətçəkici məqamdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkə rəsmiləri beynəlxalq təşkilatlardakı çıxışlarının əksəriyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa səy göstərməkdədirlər. Təsadüfi deyil ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.
Digər tərəfdən, qardaş Türkiyənin yekun və birmənalı mövqeyi budur ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problemdir. Bu münaqişənin həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox, əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi qapalı - səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. Çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu da oynamaqdadır. İkincisi, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli bölgədə təhlükəsizlik balansının pozulmasının - qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. İşğala son qoyulmadıqca nə Ermənistan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq.
Beləliklə bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

