Hülud əl-Oran: Azərbaycan rəhbərliyi korrupsiyaya qarşı mübarizəyə böyük əhəmiyyət verir
08.01.2015 [09:58]
“Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq prosesin fəal iştirakçısıdır və Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə sanballı töhfə verir”. Bu sözləri Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının ötən il noyabrın 19-21-də Bakıda keçirilən 3-cü sessiyasının işində iştirak edən İordaniya Haşimilər Krallığının Antikorrupsiya Komissiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Hülud əl-Oran AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, IACA Assambleyasının üçüncü sessiyasının Azərbaycanın paytaxtında keçirilməsi dünyada Azərbaycanın nüfuzunun artdığını və Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalq qurumlar tərəfindən qiymətləndirildiyini göstərir. Bu forum həmin problemlər üzrə qlobal əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin də yaradır.
Hülud əl-Oran deyib: “Azərbaycan ölkə Prezidentinin himayəsi ilə keçirilən, 40-dan çox ölkənin və beynəlxalq qurumun nümayəndələrinin iştirak etdiyi bu mötəbər tədbiri yaxşı təşkil etdi və çox yüksək səviyyədə keçirdi. Sessiyada korrupsiyaya qarşı mübarizə və bu məqsədlə vahid yanaşmaların işlənib hazırlanması üzrə aktual məsələlər müzakirə edildi. Biz Azərbaycanın bu istiqamətdə fəaliyyəti və əldə etdiyi uğurlar barədə məruzəni məmnuniyyətlə dinlədik. Görünür, Azərbaycan rəhbərliyi korrupsiyaya qarşı mübarizəyə böyük əhəmiyyət verir. Buna görə də ölkə beynəlxalq antikorrupsiya təşkilatlarının və komissiyalarının hamısı, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatlarda, yeni mübarizə metodu və yanaşmalarının öyrənilməsində ixtisaslaşan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə fəal əməkdaşlıq edir”.
Hülud əl-Oran xüsusi qeyd edib ki, sessiyada təşkilati məsələlər də nəzərdən keçirilib, o cümlədən IACA-nın büdcəsi qəbul edilib, 2015-ci il üçün əməkdaşlıq proqramları və layihələri, habelə Antikorrupsiya Akademiyasının üzvü olan ölkələr arasındakı qarşılıqlı fəaliyyəti daha da sıxlaşdıran digər məsələlər müzakirə edilib. Hülud əl-Oran deyib: “İordaniyaya qayıdandan sonra Antikorrupsiya Komissiyasının sədri Samih Binoya ətraflı məruzə təqdim etdim. Məruzədə ölkənizin əməli təcrübəsinin daha ətraflı öyrənilməsinin zəruriliyi barədə təkliflər yer alıb. Zənnimcə, bizim ölkədə də bu təcrübədən istifadə oluna bilər. Ölkənizin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olanda və bu sahədə siyasətin həyata keçirilməsi mexanizmləri ilə yerində tanışlıq zamanı buna əmin oldum. Xüsusən, şikayətlərin verilməsi, bu prosesin necə getməsi, baş prokurorlar tərəfindən baxılması prosedurunun gedişatı və s. məsələlərdə. Bununla bərabər, dövlət qurumları arasında yaxşı elektron əlaqə yaradılıb. Bu istiqamətdə böyük iş görülüb, bütövlükdə Azərbaycanda çoxlu maraqlı yenilik tətbiq edilib və bu yeniliklər diqqətəlayiqdir. Zənnimcə, Azərbaycanda qanunların icrası üçün çox mütərəqqi üsullar və korrupsiyaya qarşı mübarizə aparan möhkəm sistem var. Yəqin ki, gələcəkdə təşkilatlarımız arasında daha sıx əməkdaşlıq yaranacaq və ola bilsin, bu əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparacaq, birgə konfrans, seminar və s. keçirəcəyik”.
Bakı və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətli inkişafı barədə təəssüratlarından söz açan Hülud əl-Oran bildirib ki, bu, onun Azərbaycana ilk səfəri olub. O deyib: “Etiraf edim ki, az inkişaf etmiş postsovet ölkəsi olduğunu düşünürdüm, lakin gördüyüm tərəqqi məni yaxşı mənada təəccübləndirdi. Mən Avropanın, demək olar, bütün ölkələrində olmuşam və Azərbaycanda hiss etdim ki, bura sözün hər mənasında Avropa ölkəsidir. Çox gözəl, çox inkişaf etmiş, misilsiz arxitekturası və cazibəsi olan sivil ölkədir. Müsəlman ölkəsi olmasına baxmayaraq, özündə həm də Avropa dəyərlərini birləşdirən, həqiqətən müasir və dünyəvi bir dövlətdir. Bakı xeyirxah, səmimi və qonaqpərvər sakinləri olan gözəl şəhərdir. Yayda ailəmlə birlikdə Bakıya gəlməyi düşünürəm. Axı, yayda Bakıda həm də tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02

