Kamal Abdulla: Azərbaycan multikulturalizmi bəşəri dəyərlər sisteminə çox şey verə bilər
30.12.2014 [09:38]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın AzərTAc-a müsahibəsi:
- Hörmətli Kamal müəllim, 2014-cü ilin əvvəllərində Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradıldı. Ölkə Prezidentinin Sərəncamı ilə siz bu Xidmətə rəhbər təyin olundunuz. Bu müdət ərzində Xidmət ölkəmizin müxtəlif rayonlarında, şəhər və qəsəbələrində, həmçinin Bakı şəhərində dini, milli və mutikutluralizm istiqamətində faydalı, çoxşaxəli tədbirlər həyata keçirdi. 2015-ci ildə davam etdirəcəyiniz işlər barədə konkret məlumat vermək istərdinizmi?
- Mart ayından fəaliyyətə başlayan Xidmət, əslində, Prezident İlham Əliyevin Azərbaycanın ideoloji həyatının ahəngdar inkişafını təmin etmək istiqamətindəki düşüncələrinin real təzahürüdür.
Doğru qeyd olundu ki, gördüyümüz işlər çoxşaxəlidir və onlardan yalnız biri ilə bağlı xüsusi danışmaq istərdim.
Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm vətənimizdə özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda, multikulturalizm dövlət siyasətinin əsas xətti kimi dünya ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki təcrübəmizi hamı ilə bölüşməyə hazırıq. Azərbaycan multikulturalizmi həm siyasi, həm sosial təcrübəsi ilə bəşəri dəyərlər sisteminə bu gün çox şey verə bilər.
Möhtəşəm Heydər Məscidinin açılışı zamanı Prezident İlham Əliyev bir məsələyə toxundu. Dünya siyasətçiləri, ictimai, elmi xadimlər, mədəniyyət nümayəndələri çox zaman belə bir sualla müraciət edirlər ki, necə ola bilir, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, ruhani başçıları bir-birinə qarşı bu cür səmimi və xeyirxah qardaşlıq münasibətilə yaşaya bilirlər?! Bunun səbəbini soruşurlar. Əlbəttə ki, bu fenomenin ciddi səbəbini elmi araşdırmalar aparıb vermək də mümkündür. Amma, məncə, bunun səbəbini elmi araşdırma aparmadan da açmaq olar. Cavab budur: Prezident İlham Əliyevin şəxsiyyəti! Bəli, məhz Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı onların dövlətə və bir-birinə səmimi münasibətini formalaşdıran həm insani, həm də siyasi səbəbdir. Bunun isə əsasında Ulu öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə öz təntənəsini yaşayır.
- Azərbaycan multikulturalizminin bir fənn kimi ali məktəblərdə tədrisinə başlanılacağı ilə bağlı cəmiyyətdə artıq müəyyən məlumat var. Bu məsələ haqqında xüsusi olaraq nəyi qeyd etmək istərdiniz?
- Bu gün Azərbaycan multikulturalizmi şaxələri, istiqamətləri, qatları ilə artıq elmi-nəzəri və praktik tədqiqat obyektinə çevrilmə mərhələsinə qədəm qoyub desək, səhv etmərik. Onun mənəvi, mədəni, siyasi əsaslarının öyrənilməsi, dünya multikultural ənənə və təcrübəsinin mühüm məqamları ilə faydalı mübadilə potensialı bu istiqamətin ictimai, fəlsəfi, siyasi elmlər sırasında öz yerini tutmasını şərtləndirir. Biz öz təcrübəmizi, Ulu öndərin bu sahədəki yorulmaz fəaliyyətini dünya səviyyəsində ortaya qoymalıyıq. Ölkəmizin multikultural təhlükəsizliyinin qarantı kimi çıxış edən Prezident İlham Əliyevin fəaliyyətini örnək kimi öyrənməli və öyrətməliyik.
Bu məqsədlə Xidmət tərəfindən iki tədris proqramı hazırlanıb. Onlardan biri bakalavr səviyyəsi üçün “Multikulturalizmə giriş” proqramıdır. Digəri magistratura səviyyəsi üçün “Azərbaycan multikulturalizmi” proqramıdır. Bu proqramlar həm Azərbaycan, həm də xarici ölkə universitetlərinin tələbələri üçün nəzərdə tutulur. Təsəvvür edin, müxtəlif xarici ölkələrdə bu istiqamətdə çoxlu tədbirlər - konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər təşkil edilir, xeyriyyəçilik aksiyaları həyata keçirilir. Bunlar çox yaxşıdır. Eyni zamanda, bəzi əlavələrə də ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə öz missiyasına uyğun konkret addımlar atmağa hazırlaşır. Qarşıdakı semestrdən etibarən Avropanın bir neçə universitetində həm də “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Artıq Rusiyanın, Litvanın, İtaliyanın, Gürcüstanın, İsveçrənin, Türkiyənin, Bolqarıstanın bəzi tanınmış universitetləri onlara təklif edilən bu fənnin tədrisinə razılıq veriblər. Fənn yeni olduğundan onu tədris edəcək mütəxəssislər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hazırda hazırlıq məşğələləri keçirir. “Azərbaycan multikulturalizmi” fənni ya xarici ölkə universitetlərinin mütəxəssisləri tərəfindən tədris ediləcək, ya da həmin fənn üzrə müəllim buradan göndəriləcək. İndi bu böyük işin hazırlığı gedir. İnanıram ki, ildən-ilə həm xaricdə, həm də ölkə daxilində bu tədris ocaqlarının sayı artacaq və daha çox xarici ölkə gənci Azərbaycan barədə məlumat alacaq, onun dostuna çevriləcək.
Digər tərəfdən belə bir universal fənnin Azərbaycan gəncliyinə də təqdim edilməsinə ehtiyac var. Multikulturalizm xalqın tarixi, mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix, mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç qoxusunu belə almırlar - bu, necə olsun?! Niyə bizim texniki, tibb, iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik, azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı olmazmı?
Bütün bunları nəzərə alaraq, bir daha o fikrə gəlirik ki, Prezident İlham Əliyevin “multikulturalizm bizim həyat tərzimizdir və ona alternativ yoxdur” kəlamının ölkəmiz və xalqımız üçün əhəmiyyəti sonsuzdur. Cəsarətlə demək olar ki, müasir dünya ictimai-siyasi fikir tarixində bu yanaşmanın çəkisi böyükdür və əhəmiyyətli yeri var.
Azərbaycan multikulturalizmi bu gün dünya masştabında elmi və təcrübi nümayişini həyata keçirməyə hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik. Nəticədə ümidvaram ki, bütün dünyada Azərbaycanın dostlarının sayını artırmış olacağıq. Bu, Ulu öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm borcumuz, həm də haqqımızdır.
- Kamal müəllim, sonda Yeni il arzularınızı öyrənmək istərdik.
Əlbəttə, Yeni il özü ilə yeni fikirlər, yeni yanaşmalar gətirəcək. Arzu edirəm ki, 2015-ci il millətimiz və Vətənimiz üçün, Prezidentimiz üçün uğurlu olsun.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02

