Hidayət Orucov: Azərbaycan təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacaq
25.11.2014 [09:37]
Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Qırğızıstanın populyar “Akipress” informasiya agentliyinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı müsahibə vermişdir.
Jurnalistin Azərbaycanın bu qədər sürətlə inkişafının nəyə bağlı olduğu və Qırğızıstan-Azərbaycan münasibətləri haqqında suallarına səfir belə cavab vermişdir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə çoxsaylı iqtisadi islahatlar həyata keçirilib və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.
Bu gün Azərbaycan enerjidən heç vaxt olmadığı kimi az asılıdır və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutub. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.
Qeyd etmək istərdim ki, sentyabr ayında Azərbaycan möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verib. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Azərbaycan elə bir paylayıcı sistem quracaq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır”.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan hesabata görə, ötən il Azərbaycan üç uğurlu islahat həyata keçirib. Bu islahatlar bunlardır: biznesin başlanılması, əmlakın qeydiyyata alınması və vergilərin ödənilməsi.
Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysinin açılışı möhtəşəm hadisədir.
Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcəkdir. Eləcə də İpək Yolunun bərpası işində Qırğızıstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır.
SSRİ-nin dağılmasından sonra bütün ittifaq respublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Ümummilli lider Heydər Əliyev bu problemi şəxsi nəzarətinə götürdü və mülki aviasiyaya böyük investisiyalar qoyuldu.
Bu gün Azərbaycanın aviaparkı ən müasir təyyarələr ilə təmin olunmuş, yeni və möhtəşəm Heydər Əliyev Beynəlxalq Aeroportu tikilmişdir.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir.
Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin göstərişi ilə açılmışdır və bu da iki qardaş ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olacaqdır.
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir”.
Sonra səfir Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş son münaqişə ilə bağlı sualı cavablandırmışdır:
“Mənim fikrimcə, Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəlmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır.
Xatırlatmaq yerinə düşər: hələ 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.
2014-cü il noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin olaraq iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə başlayıb. Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayon - Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan artıq öz evlərindən məcburi olaraq qaçqın və köçkün olmuş vətəndaşlarımız var.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə bağlı dörd qətnamə qəbul etmişdir, amma bu qətnamələr bu günə kimi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərafdarıdır, amma Ermənistan bilməlidir ki, hər bir xalq işğala nə vaxta qədərsə dözə bilər və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq”.
Jurnalistin “Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycan üçün nə deməkdir və Azərbaycan üçün Qarabağı qaytarmaq çətinmi olacaq?” suallarını Fövqəladə və səlahiyyətli səfir belə cavablandırmışdır:
“Düşünürəm ki, bu sualın birinci hissəsi Ermənistan rəhbərliyinə ünvanlanmalıdır, onlar üçün Gömrük İttifaqı nə deməkdir?
Ancaq işğal olunmuş Dağlıq Qarabağ regionu və yeddi rayonu, bəlkə də, çətinliklə, lakin tam əminliklə deyə bilərəm ki, Azərbaycan öz torpaqlarını qaytaracaqdır. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etmişik və edirik də, lakin qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarını pozmaq və status-kvonu saxlamaq niyyətindədir.
Əgər dünya ölkələri və beynəlxalq təşkilatlar hansısa subyektin müstəqilliyini tanımırlarsa, bu, o deməkdir ki, bu subyektdə ya terror və ya işğal rejimi mövcuddur.
Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilmiş bir çox qırğınlarda bilavasitə iştirak etmiş, soydaşlarımızın öz tarixi-etnik torpaqlarından məcburi olaraq qaçqın və köçkün düşməsinə səbəb olmuş, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə və dünya sivilizasiyasına qarşı bir çox cinayətlər törətmişdir. O anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onun cinayətkar rejiminə son qoyacaq. Çox gözəl bilir ki, onu beynəlxalq tribunal və ağır cəza gözləyir. Ermənistan rəhbərliyinin cəhdləri və bütün bu cinayətləri gizlətmək ona qarşı çevrilir. Ermənistan tərəfindən gerçəkləşdirilən bütün təxribatlara Azərbaycan hər zaman layiqli cavab verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemi olaraq qalır. Bu problem beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycan torpaqları işğaldan azad olunmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünü idarəetmə statusu verilməlidir. Hər kəs bilməlidir: baxmayaraq ki, biz sülh tərəfdarıyıq, müharibənin yenidən başlanmasını istəmirik və bu məsələnin dinc yolla həllinə çalışırıq, bununla yanaşı, status-kvonun saxlanması da sonsuz ola bilməz. Azərbaycan nəyin bahasına olursa olsun, öz torpaqlarını azad edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

