“Nezavisimaya qazeta” ABŞ-ın Azərbaycandakı ssenarilərindən yazıb
29.10.2014 [09:58]
Oktyabrın 28-də Rusiyanın “Nezavisimaya qazeta” nəşrində “ABŞ yatırımını Azərbaycan gənclərinə edir” sərlövhəli yazı dərc olunub. Yazıda ABŞ Dövlət Departamentinin gənclər məsələləri üzrə xüsusi katibi Endryu Reybensin Bakıya dünəndən başlayan üç günlük işçi səfərinin mümkün məqsədlərinə diqqət yetirilir. Qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfirliyi gənclər siyasəti üzrə ekspert Reybensin Azərbaycana səfərini onun Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan gənclər üzrə beynəlxalq konfransda iştirak etmək niyyəti ilə izah edir. Nəşrin yazdığına görə, ola bilsin ki, ABŞ-ın xarici siyasət qurumunu heç də Bakıdakı konfransın yalnız elmi tərəfləri maraqlandırmır.
Məqalədə deyilir ki, öz emissarını Azərbaycana göndərməklə Vaşinqton, böyük ehtimalla, ölkədəki gənclərlə bağlı real vəziyyəti öyrənməyə çalışır. Bu isə təsadüfi deyil. Son illərdə ABŞ Azərbaycandakı müxalif hərəkatın dəstəklənməsi siyasətində nəzərəçarpan dəyişiklik edib. Hazırkı iqtidarla rəqabət aparmaq gücündə olmayan ənənəvi müxalifət partiyalarına inamını itirən ABŞ son dövrlərdə gənclərə yatırım edir.
Məqalədə qeyd olunur ki, buna nümunə olaraq yaradılmasına Vaşinqtonun milyonlarla dollar xərclədiyi NİDA təşkilatını göstərmək olar. Lakin bu təşkilatın müxtəlif xarici fondlardan maliyyələşən digər gənclər qurumları ilə birlikdə Azərbaycanda “Facebook” inqilabı törətmək cəhdi uğursuzluğa düçar olub. Başqa cür də ola bilməzdi, çünki Azərbaycandakı sabitliyi pozmaq ssenariləri ölkədəki real vəziyyəti nəzərə almamışdı. Reallıq ondan ibarətdir ki, Azərbaycanda hakimiyyətin daxili və xarici siyasəti əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənir.
Lakin hadisələrin sonrakı gedişatı onu göstərir ki, Qərb, o cümlədən, ABŞ gerçəkliklə barışmaq istəmir. Ukraynadakı hadisələrlə əlaqədar Azərbaycanın Rusiyaya arxa çevirməkdən imtina etməsinin fonunda Qərbin rəsmi Bakı üzərindəki təzyiqləri xeyli artıb. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Bakı Moskva ilə siyasi-iqtisadi əlaqələrinin inkişafını da davam etdirir. Bu gün Rusiya nazirlərinin, bəzi vilayətlərin və iri şirkətlərin rəhbərlərinin Azərbaycana səfəri hər zamankından intensiv xarakter alıb. Görünür, bu vəziyyət Qərbin geosiyasi maraqlarına uyğun gəlmir. İstənilən halda, ABŞ-ın bəzi analitik mərkəzlərində Azərbaycandakı vəziyyətin inkişaf ssenarilərini hazırlamaqdan yorulmurlar.
Yazıda bildirilir ki, belə ssenarilərdən biri haqqında bu yaxınlarda “haqqın.az” saytında məlumat işıq üzü görüb. Ssenarinin mahiyyəti isə belədir: “Azərbaycanın sahil şəhərlərindən birində güclü zəlzələ insanların gündəlik yaşam tərzini pozur. Yerli məscid qəza vəziyyətinə düşür, hakimiyyət isə onu bağlamaq qərarını verir. Bu, sakinlərin qəzəbinə və iğtişaşlara səbəb olur”.
Bu ssenari ABŞ ordusunun mülki və psixoloji əməliyyatlar üzrə rəhbərliyinin strateqləri tərəfindən hazırlanıb. Onun əsasında Cənubi Karolinadakı “Fort Cekson” hərbi bazasında təlimlər keçiriləcək.
Məqaləyə əsasən, fantastik əməliyyatın iştirakçıları olan amerikalı və kanadalı kapellanlar (hərbi keşişlər) bu ssenari üzərində iş aparmalı və iğtişaşların qarşısının alınması üsullarını hazırlamalıdırlar.
Mənbəyə istinadla o da göstərilir ki, bu heç də ABŞ hərbi komandanlığının Azərbaycanı öz hərbi təlimlərinin ssenarilərinin tərkibinə salması ilə bağlı ilk hal deyil. Bir neçə il əvvəl Amerika hərbçiləri tərəfindən hazırlanan ssenariyə əsasən, “X cənub ölkəsi” Azərbaycana hücum edir, amerikalılar isə aqressiyanın qarşısını almalı və Bakıdakı neft mənbələrini qorumalıdırlar. Qeyd edilir ki, İranla münasibətlərin mümkün gərginləşməsi fonunda bu ssenari hollivud blokbasterinə yararlı ola bilər, lakin Azərbaycanda qeyri-sabitlik ssenariləri hazırlayarkən ABŞ hərbi strateqlərinin nəyə əsaslandıqları məlum deyil.
Yazının yekununda belə bir nəticəyə gəlinir ki, fakt faktlığında qalır: Azərbaycanın müstəqil siyasəti Vaşinqton və onun müttəfiqlərinin ürəyincə deyil. Bu səbəbdən də, rəsmi Bakıya təzyiq göstərmək məqsədilə ABŞ-dakı dairələr yenə də özlərinin sevimli mövzusuna - Azərbaycanda insan haqlarının qorunması məsələsinə əl atıblar. Bununla yanaşı, onlar nəinki hər bir cinayət işinin hüquqi tərəflərinə etinasız yanaşırlar, həm də, nədənsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdundan didərgin düşən 1 milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasına çalışmırlar. Yerli analitiklərin fikrincə, bu, ikili standartların nümayişi demək olub, Azərbaycan əhalisində haqlı narazılıq doğurur.
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

