Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
25.10.2014 [11:58]
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçıları ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun qədim türk torpağı olan Naxçıvanda keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika 23 ildir blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq muxtar respublikanın iqtisadi inkişafı təmin edilib. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 90-cı illərində ölkəmizin inkişafına məhz muxtar respublikadan başladığını bildirən Ali Məclisin Sədri Naxçıvanın türk dünyasının qapısı kimi mühüm strateji mövqedə yerləşdiyini diqqətə çatdırıb.
Muxtar respublikanın mövcud iqtisadi potensialı, elm, təhsil, səhiyyə, turizm və informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri deyib ki, bu gün muxtar respublikada daxili tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait, güzəştli şərtlərlə kreditlərin verilməsi özəl bölmənin inkişafına təkan verib. Hazırda muxtar respublikada iqtisadi inkişafın əsas göstərici hesab edilən ərzaq təhlükəsizliyi tam təmin olunub.
Ali Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun işinə uğurlar arzulayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Forumun yüksək səviyyədə təşkilinə görə qonaqlar adından minnətdarlıq edib, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü zamanı yaradıldığını xatırladıb. Əməkdaşlıq Şurasının fəaliyyəti barədə ətraflı məlumat verən Ramil Həsənov muxtar respublikanın 90 illik yubileyi çərçivəsində keçirilən bu tədbirin səmərəli olacağını bildirib.
Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu muxtar respublikanın yaradılmasının 90 illik yubileyi münasibətilə Ali Məclisin Sədrini təbrik edib, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm rolu olduğunu diqqətə çatdırıb. O, muxtar respublikanın dinamik inkişafının məmnunluq doğurduğunu bildirib.
Görüşdə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan Beynəlxalq Ticarət Palatasının idarə heyəti sədrinin müavini Abdulla Kundakbayev və Qazaxıstan İşəgötürənlər Konfederasiyası idarə heyətinin sədri Kadır Baykenov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun üzv dövlətlər arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini vurğulayıblar.
Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Əməkdaşlıq Şurasının rəsmi gerbini Ali Məclisin Sədrinə təqdim edib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

