/ / Azərbaycan ilə Qətər arasında fövqəladə halların idarə edilməsi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında sazişlər imzalanıb
Azərbaycan ilə Qətər arasında fövqəladə halların idarə edilməsi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında sazişlər imzalanıb
22.10.2014 [09:46]
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daxili işlər naziri Ramil Usubovun başçılıq etdikləri nümayəndə heyəti oktyabrın 19-dan 21-dək Qətər Dövlətində səfərdə olublar.
Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mətbuat xidmətlərinin AzərTAc-a daxil olmuş birgə məlumatında bildirilir ki, səfər Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvətinə əsasən təşkil olunub.
Səfər Qətərin Əmiri Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Dohada keçirilən bu ölkənin Daxili İşlər Nazirliyinin 10-cu təhlükəsizlik və sabitlik sərgisində (“Milipol Qətər - 2014”) iştirak etmək məqsədi daşıyıb. Məqsəd, həmçinin nazirliklərin maddi-texniki bazasının gücləndirilməsi üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlığa baxış keçirmək, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək olub.
Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərovu və Ramil Usubovu qəbul edib.
Görüşdə “Milipol Qətər-2014” sərgisinin əhəmiyyəti qeyd olunub, nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilib.
Nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə də görüşüb.
Görüşdə son illər iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Qətərin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsi məmnunluqla vurğulanıb.
Söhbət zamanı, həmçinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” və “Təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında” sazişlər imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

