/ / Gintaras Visotskas: Bakı Beynəlxalq Humanitar Forumu haqlı olaraq “intellektual Davos” adlandırılır
Gintaras Visotskas: Bakı Beynəlxalq Humanitar Forumu haqlı olaraq “intellektual Davos” adlandırılır
15.10.2014 [09:55]
Litvanın məşhur jurnalisti, www.slaptai.lt internet-portalının rəhbəri Gintaras Visotskas IV Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak edib. G.Visotskas AzərTAc-ın müxbiri ilə müsahibəsində onun fikrincə, haqlı olaraq “intellektual Davos” adlandırılan bu humanitar tədbir barədə təəssüratlarını bölüşüb.
G.Visotskas deyir: “Dünya əhəmiyyətli siyasətçiləri, alimləri, jurnalistləri bir yerə toplamış Bakı Humanitar Forumu geniş məsələlər barədə dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün gözəl meydandır”.
Litva jurnalisti “Medianın rəqəmsal epoxaya transformasiyası: yeni inkişaf trendləri” sessiyasının işində iştirak edib. Litvalı jurnalist deyir: “Ənənəvi qəzetlərin və medianın gələcəyi, sosial şəbəkələrin rolu barədə məruzələri və təqdimatları dinləmək İnternet-portalın rəhbəri kimi mənim üçün maraqlı idi. İnternet-nəşrlərin sayının çoxluğu, əlbəttə, kağız mətbuata böyük ziyan vurur, qəzetlərin tirajı azalır, amma düşünürəm ki, kağız qəzet həmişə olacaq”.
G.Visotskas Bakıya səfəri çərçivəsində Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin köməyi ilə Xocavənd şəhərində olub, məcburi köçkünlərin ailələri ilə görüşüb. G.Visotskas deyir: “Dəhşətli budur ki, Qərb və Avropa Azərbaycan xalqının dərdini, Azərbaycan ərazilərinin işğal olunduğunu unudur. Təkcə evlərini deyil, həm də oğullarını itirmiş və onların məzarlarını tapa bilməyən bu insanlara kömək etmək istərdim. Bir jurnalist kimi məqsədim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınması məsələsini qaldırmaqdır”.
Onun sözlərinə görə, məcburi köçkünlərin ailələri ilə görüş onun yaddaşında silinməz iz buraxıb.
Litva jurnalisti Azərbaycan paytaxtı haqqında təəssüratlarını da bölüşüb: “Bakı çox gözəl şəhərdir və getdikcə daha da gözəlləşir. Humanitar Forumun bir çox iştirakçıları mənim bu fikrimlə razıdır ki, Bakı Avropa ölkələrinin paytaxtlarından heç də geri qalmır, çox müasir və qeyri-adi görünür”.
Xəbər lenti
Hamısına baxSosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53

