/ / AGİ agentliyi AzərTAc ilə dərin köklərə əsaslanan qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır
AGİ agentliyi AzərTAc ilə dərin köklərə əsaslanan qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır
03.10.2014 [09:48]
İtaliyanın AGİ agentliyi Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə dərin köklərə əsaslanan qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.
AzərTAc xəbər verir ki, bu sözləri Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın “AGİ” agentliyinin Baş icraçı direktoru Gianni di Ciovanni oktyabrın 2-də AzərTAc-da keçirilən görüşdə deyib.
Baş direktor Aslan Aslanov görüşdə AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. AzərTAc ilə İtaliyanın ANSA və AGİ agentlikləri arasında informasiya mübadiləsinə dair müqavilə imzalandığını qeyd edən A.Aslanov beynəlxalq və regional media qurumlarında da uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb. Baş direktor 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyini və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu, eyni zamanda, İtaliyanın xəbər agentlikləri ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacaq.
Görüşdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafında böyük xidmətlərinin olduğu bildirilib, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə daha da genişləndiyi vurğulanıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolu xüsusi qeyd olunub. Bildirilib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri, ümumiyyətlə, Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi məna və əhəmiyyət kəsb edir.
Baş direktor bu il Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak etdiyini söyləyərək Forumun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini, tədbirə marağın ildən-ilə artdığını qeyd edib.
Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını söyləyən Gianni Di Ciovanni tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Gianni Di Ciovanni İtaliyanın AGİ agentliyi ilə AzərTAc arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirərək deyib: “Əminəm ki, agentliklərimizin qarşılıqlı fəaliyyəti İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar mübadilələrin daha da genişlənməsinə töhfə verəcək”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Gianni Di Ciovanni İtaliya parlament Senatının Ermənistanın işğalçılıq siyasətini pisləyən iki bəyanat qəbul edərək BMT-yə və Avropa İttifaqına göndərdiyini diqqətə çatdırıb.
AGİ agentliyinin baş icraçı direktoru Heydər Əliyev Fonduna İtaliyanın mədəni dəyərlərinin dünya irsi kimi qəbul olunmasına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55

