“YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”
16.09.2014 [09:50]
Siyavuş Novruzov: Çünki YAP özülü təmiz və möhkəm qoyulan bir partiyadır
“Parçalanan, ziddiyyətlər yaşayan kimdir, haradadır? Bilirsiniz ki, bu gün müxalifətin daxilində gedən prosesləri cəmiyyətə tamamilə başqa cür təqdim etmək üçün onların başbilənləri başlayırlar Yeni Azərbaycan Partiyası haqqında qeyri-real fikirlər danışmağa”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifətin ruporu olan mətbuatda YAP-da, guya, ziddiyyətlərin mövcudluğu barədə səsləndirilən iddialara münasibət bildirərkən deyib.
Siyavuş Novruzov vurğulayıb ki, hazırda Yeni Azərbaycan Partiyasında sıravi üzvdən tutmuş rəhbər şəxslərədək hər kəs mütəşəkkil qaydada fəaliyyətini davam etdirməkdədir: “Bu gün YAP-da təmsil olunan 630 minin 630 mini də bir yerdədir! Həm YAP-ın Siyasi Şurası, həm İdarə Heyəti, həm də hər bir partiya üzvü və hər bir rayon, şəhər təşkilatı mütəşəkkil qaydada fəaliyyətini uğurla davam etdirməkdədir”.
YAP İcra katibinin müavini deyib ki, belə iddianı irəli sürənlər 20 ildən artıqdır eyni fikirləri zaman-zaman ortaya atıblar, halbuki bu fikirlərin heç birinin məntiqi, əsası olmayıb: “Çünki YAP özülü təmiz və möhkəm qoyulan bir partiyadır. Təməli Ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyət tərəfindən qoyulan bir partiyadır. Əgər təməl möhkəmdirsə, onun üzərində qurulan təşkilat da, əlbəttə ki, möhkəm olur. Lakin bizim partiyaya qarşı sözügedən iddialarda bulunanların təşkilatları çürük təməl üzərində qurulub. Ona görə də həmin təşkilatlar yavaş-yavaş dağılıb getməkdədir. Bunlardan fərqli olaraq, bu gün YAP-da qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq gedir, bu istiqamətdə ciddi iş aparılır”.
Siyavuş Novruzovun sözlərinə görə, əslində, YAP haqqında əsassız fikirlər səsləndirənlərin özləri parçalanmaya məruz qaldıqları üçün düşdükləri vəziyyəti cəmiyyətdən, ictimai rəydən gizlətməyə çalışırlar: “Belə iddiaları irəli sürənlər həm də öz parçalanmalarını xalqdan gizlətməyə cəhd edirlər. Təbii ki, bu, belədir. Bu gün “Müsavat”da qurultayöncəsi baş verənlər göz qabağındadır. AXCP adlı qurum artıq yox səviyyəsindədir. Digərləri də həmin vəziyyətdədirlər. Onların heç birində nə partiya anlayışı, nə də ki, partiya sistemi yoxdur. Yəni beş-on nəfərin bu partiyaları özləri üçün maliyyə mənbəyi, siyasi dividend vasitəsi kimi istifadə etmək cəhdindən başqa ortada heç nə yoxdur. Bu baxımdan, onlar istər-istəməz YAP haqqında belə fikirlər söyləməyə, iddialarla çıxış etməyə çalışacaqlar. Amma bunun heç bir mənası yoxdur. Çünki YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”.
Millət vəkili müxalifətçilərin onun açıqlamalarından narahat olmalarına da münasibət bildirib. YAP İcra katibinin müavini bununla bağlı qeyd edib ki, onun fikirləri doğru və düz olduğu üçün açıqlamaları müxalifət liderlərini narahat edir: “Mən həmişə düz olanı deyirəm, ona görə də ciddi şəkildə narahat olmağa başlayırlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14

