Siyavuş Novruzov: Jirinovski indi doğruları görür
26.07.2014 [10:48]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24” telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərməsinə, Prezident İlham Əliyev haqda səsləndirdiyi müsbət fikirlərə münasibət bildirib.
S.Novruzov virtualaz.org saytına açıqlamasında fürsət düşdükcə Azərbaycanı sərt şəkildə tənqid edən Jirinovskinin bu çıxışını belə şərh edib: “Jirinovski Azərbaycana qarşı həmişə qərəzli mövqe nümayiş etdirib. Həmçinin Şimali Qafqaz xalqlarına və Türkiyəyə qarşı qərəzli olub. Bunun da öz səbəbləri var. Jirinovski vaxtilə SSRİ-nin Türkiyədəki səfirliyində işləyərkən sovetləri, Kommunist Partiyasını təbliğ etdiyinə görə həbs edilmişdi. Onu “persona-non-qrata” elan etdilər və diplomatik fəaliyyətinə son verərək geri çağırdılar. Buna görə də onun türkdilli xalqlara qarşı incikliyi və qərəzi var. Amma bu dedikləri başqadır. Jirinovski indi doğruları görür”.
S.Novruzov qeyd edib ki, bu günədək dünya ölkələrinin liderləri, ATƏT və NATO üzvləri, tanınmış siyasətçilər paytaxt Bakıda, regionlarda böyük inkişafın, iqtisadi və sosial islahatların, abadlıq-quruculuq işlərinin, ictimai-siyasi sabitliyin olması haqda fikirlərini bildiriblər.
“Prezident İlham Əliyevin qısa zaman ərzində Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil etməsi, xalqın maraqlarını nəyin bahasına olursa-olsun müdafiə etməsi dünyanın gözü qarşısındadır. Onlar da görürlər ki, bunlar əsl liderə xas olan xüsusiyyətlərdir. İstər dost, istərsə də düşmən olanlar bunu qiymətləndirməyə başlayıb. Cənab Prezidentin ATƏT Parlament Assambleyasının son iclasındakı çıxışı, beynəlxalq tədbirdə ermənilərin Türkiyənin yoxluğundan istifadə etməsinə qarşı çıxaraq “türklər burada yoxdur, mən buradayam” deməsi ilə türk dünyasının müdafiəsinə qalxması kimi çıxışlarını bütün dünya gördü” - deyə S.Novruzov qeyd edib.
S.Novruzov dünya liderlərinin və siyasətçilərinin Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsinin əsas səbəbləri kimi yürüdülən daxili və xarici siyasəti göstərib: “İndi hər kəs görür ki, Azərbaycan regionda ən aparıcı dövlətlərdən biridir. Bütün ölkələr çalışır ki, Azərbaycanla xoş münasibət qursun. Azərbaycanda heç bir din mənsubuna, heç bir dilə qarşı sərt münasibət yoxdur. Azərbaycanda hər bir şəxs qanunla qadağan edilməyən dini qurumlarda təmsil oluna bilər. Ermənistanda və Gürcüstanda isə bir dənə də olsun rus məktəbi və fakültəsi yoxdur. Azərbaycanda isə bu sadaladıqlarım var. Azərbaycanda fəaliyyət göstərən Slavyan Universiteti slavyan dillərinin öyrədilməsinə xidmət edir. Azərbaycan qonşu ölkələrlə xoş münasibətlərin saxlanılmasına çalışır. Azərbaycan hər bir ölkə ilə bərabər şəkildə münasibətlər qurub və bunun qorunub saxlanmasında maraqlıdır. Bütün bu göstəriciləri dünya görür və nəzərə alınır. Jirinovski də bunu deyir”.
S.Novruzov V.Jirinovskinin bu çıxışını təqdirəlayiq hal kimi qiymətləndirib: “İnsanın həqiqətləri etiraf etməsi təqdirəlayiq haldır. Məsələn, bu gün Azərbaycanda yaşayan, Azərbaycanın çörəyini yeyən, mənşəcə erməni olan Leyla Yunus doğruları görmür, Avropa ölkələrini Azərbaycanda keçiriləcək olimpiya oyunlarına gəlməməyə çağırır. Görün, insan nə qədər vətən xainidir ki, bu cür addım atır. Leyla Yunusun bu addımı gözləniləndir. Ancaq bəzi mətbuat orqanlarının və partiya rəhbərlərinin Leyla Yunusla eyni mövqedə olması məni daha çox təəccübləndirir.
Bu, erməni dəyirmanına su tökməkdir. Biz bu cür addımlara “Eurovision” müsabiqəsində də şahid olduq. Ancaq sonda nəticəni də gördük. Onlara bir atalar məsəli ilə cavab vermək istəyirəm ki, kim neyləsə də karvan keçər. Bu cür insanların iç üzünü Azərbaycan xalqı görür. Ancaq biz bu gün gördük ki, Azərbaycanı istəməyən, əleyhinə olan, parlamentdə və Rusiya televiziyalarında Azərbayacana qarşı çıxış edən Jirinovski ölkəmizdə gedən inkişaf, Prezidentin apardığı islahatlar haqda geniş şəkildə dünyaya yayılan Rusiya kanallarında məlumat verdi”.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54

