Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr dostluq və qardaşlıq səviyyəsindədir
06.06.2014 [09:39]
İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrindən danışıb, iki ölkə arasında bütün sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edilib ki, hər iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Şeyxülislam ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Allahşükür Paşazadə yüksək səviyyəli görüşlərin əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Hər iki ölkənin parlamentlərinin və digər qurumlarının bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunun olduğu vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən şeyxülislam Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına minnətdarlığını bildirib.
Sovet dövründə Azərbaycanda məscidlərin sayının o qədər də çox olmadığını deyən A.Paşazadə bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Eləcə də Azərbaycanda sinaqoq və kilsələr fəaliyyət göstərir. Bunlar hamısı Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub.
Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Bildirilib ki, bu gün Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətləri dostluq və qardaşlıq səviyyəsindədir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Abdulla ibn Məhəmməd Ən-Nasir qeyd edib ki, Səudiyyə Ərəbistanının bu məsələdə mövqeyi dəyişməzdir. Rəsmi Ər-Riyad Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Siyavuş Novruzov Azərbaycanın haqq işini hər zaman bütün beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün Azərbaycan İslam dəyərlərini bütün dünyada uğurla təbliğ edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

