/ / İtaliyanın məşhur “İl Calendario del Popolo” jurnalında Naxçıvan ilə bağlı geniş məqalə dərc edilib
İtaliyanın məşhur “İl Calendario del Popolo” jurnalında Naxçıvan ilə bağlı geniş məqalə dərc edilib
05.06.2014 [09:18]
İtaliyanın məşhur “İl Calendario del Popolo” jurnalında Naxçıvan ilə bağlı geniş məqalə dərc edilib.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış memar Laura Perettinin müəllifi olduğu məqalədə bildirilir ki, Cənubi Qafqazda, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan zəngin tarixə və mədəniyyətə malik bir ölkədir. Uzun illər əsarət altında olsa da, Azərbaycan 1918-1920-ci illərdə müstəqillik dövrü yaşayıb və bu zaman kəsiyində böyük uğurlar əldə edib. Belə ki, İslam aləmində ilk demokratik respublikanın qurulması, hətta İtaliyadan 30 il əvvəl qadınlara seçib-seçilmək və kişilərlə bərabər hüquqların verilməsi kimi tarixi nailiyyətlər əldə olunub.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın paytaxtı Bakının arxitekturası özündə qədimliyi və müasirliyi əks etdirir. Bu şəhər hazırda Azərbaycanın dinamik iqtisadi inkişafını sərgiləyən göydələnlərlə və ən müasir tikililərlə zəngindir. Azərbaycan çoxsaylı mötəbər tədbirlərin keçirildiyi önəmli bir məkana çevrilib. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsi və 2015-ci ildə tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarını xüsusi vurğulamaq lazımdır.
III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məlumat verən müəllif vurğulayır ki, bu tədbirdə dünyanın bir çox ölkələrindən nümayəndələr, o cümlədən Nobel mükafatı laureatları, aparıcı alimlər, siyasətçilər və jurnalistlər iştirak ediblər. Forumun rəsmi açılışı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş və müasir Bakının rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzində keçirilib.
Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər edən Laura Peretti Azərbaycanın bu bölgəsinin bəşər tarixində insanların ilk məskunlaşdığı qədim ərazilərdən biri olduğunu yazıb. Qeyd edib ki, Naxçıvan dünyada ən qədim mədəni mərkəzlərdən biri hesab olunur. “Naxçıvan” sözünün mənşəyi ilə bağlı məlumat verən müəllif bildirir ki, bu söz dünya naxışı mənasını ifadə edən “Nəqşicahan” sözündən götürülüb. Bu diyarın adının Nuh peyğəmbərlə bağlı olduğu barədə də fikirlər var. Əfsanəyə görə, Naxçıvan “Nuhçıxan”, yəni Nuhun quruya çıxdığı yer kimi izah edilir.
Naxçıvanın coğrafi mövqeyi, əhalisi, iqlimi, təbiəti ilə bağlı ətraflı məlumatın verildiyi yazıda bildirilir ki, burada 200-dən artıq mineral su bulağı mövcuddur. Onların arasında Ordubad, Culfa, Şahbuz, Babək və Şərur rayonlarındakı bulaqlar çox məşhurdur. Zəngin floraya malik Naxçıvanın iqlimi əsasən quru və kontinentaldır.
Müəllif xüsusi vurğulayır ki, Naxçıvan öz tarixi irsinə, elmi, mədəni, siyasi və hərbi sahələrdəki nailiyyətlərinə görə Azərbaycanın önəmli bölgəsi hesab olunur. Bu diyarın önəmi, eyni zamanda, görkəmli siyasi və dövlət xadimi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin burada anadan olması ilə bağlıdır. Naxçıvan XII əsrin böyük memarı Əcəminin, görkəmli rəssam Bəhruz Kəngərlinin, Azərbaycan dramaturgiyasının tanınmış simaları Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin, qüdrətli sərkərdələrin və digər dahi şəxsiyyətlərin də vətənidir.
Yazıda qeyd edilir ki, Naxçıvanın ərazisində yerləşən Duzdağ dünyada bənzəri olmayan müalicə ocağıdır. Bir çox ölkələrdən tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar burada şəfa tapırlar.
Diqqətə çatdırılır ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu quruculuq işləri nəticəsində bu diyar iqtisadi və sosial sahələrdə sürətlə inkişaf edir, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir. Son illərdə əhalinin həyat standartlarının yüksəlməsi müşahidə olunur. Naxçıvan şəhərində müasir Beynəlxalq Hava Limanı istifadəyə verilib. Naxçıvanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Laura Peretti xüsusi vurğulayır ki, son araşdırmalar Naxçıvanda külək və günəş enerjisindən istifadə üçün böyük potensialın olduğunu göstərir. Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması ilə Naxçıvandan birbaşa Bakıya səyahət etmək mümkün olacaq.
Qeyd edək ki, “İl Calendario del Popolo” jurnalı 1945-ci ildən nəşrə başlayıb. İtaliyada geniş oxucu kütləsinə malik olan jurnal mədəniyyət və siyasət sahəsində bu ölkənin görkəmli intellektuallarının araşdırmalarının və məqalələrinin toplusudur.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45

