“Heydər Əliyev. Elektron sənədlər toplusu”
07.05.2014 [10:04]
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş elektron sənədlər toplusu ilə bağlı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun AzərTAc-a müsahibəsi
- Ümummilli lider haqqında zəngin resurslardan biri də Prezident Kitabxanasının hazırladığı “Heydər Əliyev. Elektron sənədlər toplusu”dur. Bu toplu haqqında məlumat verməyinizi xahiş edirik.
- Heydər Əliyev ensiklopedik biliyə malik fenomenal şəxsiyyət, böyük istedad sahibi olan dövlət xadimi kimi Azərbaycan tarixində silinməz iz qoymuşdur. XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. Heydər Əliyevin quruculuq salnaməsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün Onun həyat və fəaliyyətinin bütün sahələrinin daim araşdırılmasına böyük ehtiyac vardır. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında hələ 2007-ci ildə Ümummilli liderin həyat və fəaliyyətinin xronologiyası tərtib edilərək internet istifadəçilərinə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, yarandığı vaxtdan etibarən Prezident Kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyət sahələrini əhatə edən materialların toplanması və onların elektron variantının yaradılması istiqamətində sistemli iş aparılır. Bu işlərin nəticəsi olaraq Ümummilli liderin 90 illiyi ərəfəsində “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı zəngin elektron resurs hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir. Bu resurs mütəmadi olaraq yeni materiallarla zənginləşdirilir.
- Elektron topludan istifadə qaydası barədə məlumat verərdiniz.
- Bu elektron toplunun strukturu (menyusu) çox sadədir. Materiallar 10 əsas bölmədə qruplaşdırılmışdır. Əsas bölmələr istifadəçilərə kömək məqsədilə altbölmələrə, fəsillərə, xronoloji ardıcıllıqla müxtəlif dövrlərə ayrılmışdır. İstifadəçi baş menyuda gəzişərək onu maraqlandıran sənədin yerləşdiyi pəncərəni tapır, sənədi açır, oxuyur, surətini çıxara və ya digər ünvana göndərə bilir. Sənədlər toplusuna həm Prezident Kitabxanasının saytı (www.preslib.az), həm də ayrıca subdomenlə (http://heydaraliyev.preslib.az/) daxil olmaq mümkündür.
- Bu resursun bütöv bir kitabxana təsiri bağışladığı qeyd olunur.
- Həqiqətən resursun sənəd həcmi həddən ziyada böyükdür. Təkcə “Müstəqilliyimiz əbədidir. Elektron külliyyat” bölməsində akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə tərtib olunmuş çoxcildliyin hər biri 500 səhifədən artıq olan 46 cildinin elektron variantı internet istifadəçilərin ixtiyarına verilmişdir. “H.Əliyev haqqında kitablar və məqalələr” bölməsində kitabxananın fondunda olan və elektron variantı yaradılmış 100 kitab, 2004-2014-cü illər ərzində dövri mətbuat səhifələrində Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən 300 seçmə məqalənin elektron variantı yerləşdirilmişdir. Qeyd etmək istəyirəm ki, bu məqalələr biblioqraflar tərəfindən diqqətlə seçilmiş və Ümummilli liderin fəaliyyətinin əsas istiqamətlərinin təhlili verilən, tədqiqatçılar üçün biblioqrafik əhəmiyyəti olan materiallardır.
Sənədlər toplusunun “Xronologiya” (1923-2003) bölməsində Ümummilli liderin həyat və fəaliyyətinin əsas məqamları, şərəfli ömür salnaməsinin yaddaşlarda yaşayan səhifələri toplanmışdır.
“Biblioqrafiya” bölməsində kitabxananın fondunda olan Heydər Əliyevlə bağlı 700 adda kitabın və avtoreferatın, 3 min qəzet və jurnal məqaləsinin biblioqrafik təsviri barədə internet istifadəçilərinə məlumat verilir.
Ulu öndərin irsini öyrənənlər üçün ən dəyərli mənbə, təbii ki, Onun çıxışları, müsahibələri, bəyanatlarıdır. Bu sənədlər üç dövr üzrə qruplaşdırılıb. Birinci dövrdə (1969-1982) Onun Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxt tariximizə və mədəniyyətimizə dair məruzə və çıxışları, ikinci dövr 1989-1993-cü illərdə, xüsusən də Naxçıvanda yaşadığı və işlədiyi illərə aid çıxışları, müsahibələri, üçüncü dövrdə (1993-2003) Azərbaycan Respublikasının Prezidenti kimi AzərTAc tərəfindən yayılan çıxışları, nitqləri, müsahibələri, bəyanatları, müraciətləri illər üzrə qruplaşdırılaraq internet istifadəçilərinə təqdim olunur. “Xarici siyasət fəaliyyətinin (1993-2003) xronologiyası” bölməsi də çox zəngin elektron məlumat bazası hesab olunur. Prezidentliyi dövründə 100-dən çox xarici ölkəyə səfər etmiş Ümummilli liderin 10 il ərzində istər ölkəmizdə, istərsə də səfərlərdə olduğu vaxt xarici siyasət fəaliyyətinə dair bütün görüşləri və qəbulları barədə məlumat xronoloji ardıcıllıqla ayrıca bir bölmədə yerləşdirilmişdir.
Resursun başqa bir zəngin bölməsini xüsusilə vurğulamaq istəyirəm. “Məşhur adamlar H. Əliyev haqqında” adlı bu bölmədə hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev haqqında dünyanın ən sayılıb-seçilən siyasətçilərinin və dövlət xadimlərinin sözləri toplanmışdır. Burada Corc Buşun, Vladimir Putinin, Jak Şirakın, Gerhard Şröderin, Toni Bleyerin, Əhməd Necdət Sezərin, Seyid Məhəmməd Xatəminin və digər məşhur simaların fikirləri ilə tanış olmaq mümkündür.
Mətbuat səhifələrində qeyd edildiyi kimi, bütöv bir kitabxana təəssüratı bağışlayan bu elektron külliyyat kollektivimiz tərəfindən daim zənginləşdirilir.
- Resurslardan istifadə edənlərin statistikası nə deyir?
- Bu günədək resursa internet vasitəsilə 25000-ə qədər müraciət olubdur. Nəzərə alsaq ki, Heydər Əliyev mövzusu ilə bir qayda olaraq səriştəli istifadəçilər maraqlanırlar, fikrimcə bu kifayət qədər böyük rəqəmdir. Təbii ki, bilavasitə Kitabxanaya qəlib Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif sahələrini araşdıran tədqiqatçıların sayı bu statistikaya daxil deyildir.
- Sənədlər Toplusu ilə bağlı gələcək planlarınız barədə nə deyərdiniz?
- Kitabxanamızın əsas vəzifələrindən biri Heydər Əliyevin həyat və fəaliyyətinə, Onun zəngin irsinə dair harada, hansı dildə bir kitab, məqalə, material çap olunarsa, onu vaxtında əldə etmək, elektron variantını yaradaraq bu resurs vasitəsi ilə geniş oxucu qrupuna, internet istifadəçilərinə təqdim etməkdir. Ümummilli liderin siyasi irsini toplamaq, öyrənmək və qoruyub saxlamaq Kitabxanamızın hər bir əməkdaşının həm də mənəvi borcudur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15

