/ / Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib
Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib
10.12.2013 [09:15]
Dünən Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, rəhbərlik etdiyi qurum dekabrın 2-də özünün ilk toplantısını keçirmişdi və həmin toplantıda Bakının müxtəlif yerlərində qəzet köşklərinin vəziyyətilə əlaqədar yoxlamaların aparılması qərara alınmışdı. Ötən müddətdə komissiya üzvləri bu işi həyata keçiriblər. Paytaxtın Xətai, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Səbail, Yasamal, Nizami və digər rayonlarında, müxtəlif kənd və qəsəbələrdə qəzet köşklərinin dislokasiya vəziyyəti araşdırılıb.
Komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən rayonların demək olar, hamısında yeni köşklərə ehtiyac var. Elə yerlər də var ki, orada qəzet satışı ya zəifdir, ya ta tamamilə yoxdur. “Qasid” firmasının köşklərinin əksəriyyətində isə qəzet satışı ümumiyyətlə həyata keçirilmir.
Paytaxtdakı yeni köşklərdə satışı həyata keçirən “Əks-səda” firmasının rəhbəri Vüqar Həsənlinin də qatıldığı iclasda, eyni zamanda, sözügedən qurumun yayım şəbəkəsini genişləndirməklə bağlı təkliflərinə nəzər salınıb. V.Həsənli təmsil olunduğu firmanın yaxın günlərdə paytaxta daha 60 qəzet köşkününü gətirəcəyi barədə məlumat verib və bildirib ki, onların yerləşdirilməsi prosesində MŞ-nin komissiyasının rəyi nəzərə alınacaq.
İclasda şəhərin bir çox ərazisində qəzetlərin satışı ilə bağlı yaranmış problemin tədricən qaydasına düşdüyü qeyd edilsə də, ümumən vəziyyətin düzəlməsində Bakı metropoliteninin stansiyalarında satış işinin bərpasının vacib məqam olduğu vurğulanıb və komissiyanın mövcud istiqamətdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığı önə çəkilib.
Toplantıda o da diqqətə çatdırılıb ki, bir çox qəzet köşklərinin stendlərində daha çox adı MŞ-nin peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün tərtib etdiyi “qara siyahı”da yer alan nəşrlərə rast gəlinir. Buna görə və ümumən satış işində səmərəliliyi artırmaq məqsədilə qəzet satıcıları ilə müvafiq işin aparılmasının zəruriliyi də əsaslandırılıb, komissiyanın məsələni diqqətdə saxlaması məqbul qiymətləndirilib.
İclasda, həmçinin, tikinti və yenidənqurma işlərilə əlaqədar olaraq köşklərin yerlərinin dəyişdirilməsi kimi məsələlərə də diqqət göstərilməsinin vacibliyindən söz açılıb.
Qeyd edək ki, MŞ-nin qəzetlərin yayım məsələləri ilə bağlı yaratdığı komissiyanın tərkibinə komissiya sədri V.Rəhimzadə ilə yanaşı, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev daxildir.
Komissiya bu günlərdə qəzet satışı ilə bağlı vəziyyətə dair yekun hesabatını MŞ-nin İdarə Heyətinə təqdim edəcək. İdarə Heyətinin müzakirəsindən sonra təkliflər qruplaşdırılaraq ölkə rəhbərliyinə təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

