Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı keçirilib
06.11.2013 [09:56]
Noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olub.
Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu münasibətlə təşkil edilən konsertdə olublar.
AzərTAc xəbər verir ki, nəzərlər yenidən müasir Bakının memarlıq rəmzi olan, qeyri-adi görünüşü ilə paytaxtımıza xüsusi yaraşıq verən Heydər Əliyev Mərkəzinin binasına yönəlib. Mərkəzin binasının arxitektura təqdimatına həsr olunan mərasim Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq imkanı yaradıb, layihənin memarlıq özəlliklərini, Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisəyə çevrilib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək deyib ki, Azərbaycan özünəməxsus memarlığı ilə daim fərqlənib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin yeni siması formalaşdırılır, paytaxt Bakını daha da gözəlləşdirən müasir memarlıq nümunələri yaradılır. Son illərdə Bakıda tikilən, ideya və arxitektura baxımından diqqəti cəlb edən nadir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzinin binasıdır.
Anar Ələkbərov bildirib ki, Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir.
Mərkəzin direktoru öz nadirliyi ilə seçilən bu binanın layihəsini məhz doğma Bakımızda həyata keçirdiyinə görə Zaha Hadidə təşəkkürünü bildirib.
Sonra Heydər Əliyev Mərkəzinin memarı, arxitektura sahəsində nüfuzlu “Pritzker” mükafatının sahibi Zaha Hadid çıxış edib. O, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirib. Əslində, imkansız tapşırıq kimi görünən bu binanın inşasının onlar üçün gözəl təcrübə olduğunu deyən dünya şöhrətli memar Zaha Hadid layihənin uğurlu icrasında iştirak edənlərin hər birinə və komandasının üzvlərinə bir daha təşəkkürünü çatdırıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, Əməkdar memar Elbəy Qasımzadə ötən əsrin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda milli və Avropa memarlığının şah əsərlərinin yaradıldığını deyib. O, Zaha Hadidin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək “Akademik Mikayıl Hüseynov medalı”nı Zaha Hadidə təqdim edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görkəmli memar Zaha Hadid ilə görüşüblər.
Görüşdə Mərkəzin inşasının Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğu vurğulanıb.
Zaha Hadidə üzərində Heydər Əliyev Mərkəzinin binasının təsvir olunduğu xalça hədiyyə edilib.
Sonra Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatına həsr olunan konsert proqramı nümayiş etdirilib. Azərbaycan incəsənət ustaları maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Beləliklə, Bakıda nadir memarlıq abidəsinin - Heydər Əliyev Mərkəzinin tikilməsi müstəqillik tariximizin ən böyük hadisələrindən biridir. Bu Mərkəzin yaradılması ölkəmizin və xalqımızın sahib olduğu dəyərlərin nə qədər güclü təməllər üzərində qurulduğunu göstərir. Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan bu nadir memarlıq abidəsi möhtəşəm görünüşü və əzəməti ilə müasir paytaxtımızın simasını daha da gözəlləşdirir.
Konsertdən sonra mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

