Milli Məclisin iclasında...
22.11.2025 [10:52]
Gələn ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib
Noyabrın 21-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda 2026-cı ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib. Spiker Sahibə Qafarova bu məsələlər haqqında məlumat verib.
İlk olaraq, iclasda Vergi Məcəlləsinə və əlavə 16 qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov dəyişikliklərin mahiyyətini açıqlayıb.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub. Aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Komitə üzvləri layihəni dəstəkləməklə yanaşı, gələcəkdə vergi siyasətinin təkmilləşdirilməsinə dair dəyərli fikirlər və təkliflər səsləndiriblər.
Komitə sədri deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır: “Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə “qeyri-stabillik yaradır”, nə də “biznesin planlaşdırılmasını çətinləşdirir”. Əksinə, yeni sahələr üzrə təşviqlərin verilməsi, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur.Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri nəzərdə tutur.Vergi Məcəlləsinə dəyişikliklər ilk növbədə qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır”.
A.Əmiraslanov xatırladıb ki, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub. İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaq. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək.
Qeyd edilib ki, layihədə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir. Dəyişikliyə əsasən həm də Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir.
Komitə sədri deyib ki, kölgə iqtisadiyyatının miqyasının böyük olduğu fəaliyyət sahələrində dövriyyələrin şəffaflaşdırılması, nağdsız əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların birbaşa iştirakını təmin etmək məqsədilə “ƏDV gerial” mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 2025-ci ildən etibarən dövlət-özəl tərəfdaşlıq layihələri çərçivəsində fəaliyyət göstərən özəl tərəfdaşlara və layihə şirkətlərinə, gəlir, mənfəət, torpaq və əmlak vergiləri, həmçinin idxalda ƏDV və gömrük güzəştləri verilib. İndi isə layihənin üçüncü tərəfi hesab olunan dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi təklif olunur.
“Təqdim olunan paket iqtisadi fəallığın artırılmasını, kölgə iqtisadiyyatının daralmasını, vergi-büdcə sistemində sadəliyi və şəffaflığı, daxili istehsalın və ixracın stimullaşdırılmasını təmin edəcək”,-deyə komitə sədri vurğulayıb.
Müzakirələr zamanı çıxış edən millət vəkili Tahir Mirkişili bildirib ki, hazırda Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvana tətbiq olunan vergi güzəştləri yalnız iqtisadi deyil, ciddi strateji və geo-iqtisadi məsələdir: “Hətta təklif edərdim ki, bu güzəştlər müddətli yox, müddətsiz olsun”. Onun sözlərinə görə, Naxçıvan mühüm coğrafi məkanda yerləşir və Orta Dəhliz kontekstində emal sənayesi, istehsal və xidmət sahələrinin inkişafı Azərbaycan üçün vacibdir: “Sadələşdirilmiş verginin hibrid sisteminin tətbiqini də əhəmiyyətli bir innovasiya hesab edirəm. Vergi cəlb edilən dövriyyənin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərlə əlaqələndirilməsi müsbət addımdır. Gələcəkdə bu limitin daha da artırılması mümkündür”.
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Onun sözlərinə görə, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur:”Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.
Deputat qeyd edib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər: “Bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”.
Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul olunub.
Sonra iclasda Milli Məclisin və Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında qərar layihələri qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

