Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu başa çatıb
26.09.2025 [21:30]
Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündəki sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) statistikası” mövzusunda keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya sədrlik edən BMT yanında Avropa İqtisadi Komissiyasının statistika bölməsinin rəhbəri Tiina Luyqe çıxış edərək bildirib ki, DİM hər bir ölkədə özünəməxsus formada həyata keçirilir. BMT-nin DİM ilə əlaqədar qəbul etdiyi 17 məqsəd arasında yoxsulluğun və aclığın tamamilə aradan qaldırılması, səhiyyə və təhsilin əlçatanlığının təmin olunması, layiqli əmək və iqtisadi inkişaf, gender bərabərliyi, iqlim dəyişmələrinə qarşı mübarizə prioritet hesab edilir. Dövlətlərin bu məqsədlərə necə nail olmasını müəyyən etmək üçün mütləq statistik hesablamalar və təhlillər lazımdır. Məhz statistik göstəriciləri müəyyən etməklə DİM-in necə həyata keçirildiyini bilmək və meydana çıxan problemləri həll etmək olar.
Nəzərə çatdırılıb ki, müasir dünyanın inkişafını proqnozlaşdırmaq və gələcəyin yol xəritəsini hazırlamaqda statistikanın üzərinə böyük öhdəliklər düşür. Bugünkü forumun məqsədi də milli statistika qurumlarının birlikdə müzakirə apararaq DİM-in göstəricilərini aydınlaşdırmaqdan ibarətdir. Bunun üçün təcrübə mübadiləsi, yeniliklərin paylaşılması, rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqi zəruridir.
Sonra Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov “DİM statistikası: təşkil olunmadan nəticələrə qədər” mövzusunda çıxış edərək bildirib ki, DİM statistikasını aparmaq əhalinin siyahıyaalınmasından daha çətindir: “BMT-nin bu təşəbbüsünün statistikasını dəqiq aparmaq üçün Azərbaycan Prezidentinin tapşırığı ilə Milli Koordinasiya Şurası yaradıldı, Dövlət Statistika Komitəsində yeni şöbə təşkil olundu, informasiya mənbələri müəyyən edildi, beynəlxalq təşkilatla əlaqə quruldu və məlumatların toplanmasına başlandı. Bu gün Azərbaycan DİM statistikasını uğurla həyata keçirir və təcrübəsini paylaşmağa hazırdır”.
Daha sonra Belarusun, Qırğızıstanın müvafiq qurumlarının rəhbərləri, UNICEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin təmsilçisi, MDB Statistika Komitəsinin sədr müavini, UNESCO-nun Statistika İnstitutunun regional müşaviri, BMT-nin Ərzaq Proqramı (FAO) və Əhali Fondunun (UNFPA) nümayəndələri, Rusiya Dövlət Statistika Xidmətinin məsləhətçisi və digər ekspertlər çıxış edərək müasir statistikanın problemlərindən, qarşıda duran vəzifələrdən danışıb, fikir mübadiləsi aparıblar.
III Beynəlxalq Statistika Forumunun həmsədri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək bildirib ki, tədbirə toplaşan qonaqlar dünya üçün mühüm əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər: “Bu müzakirələr dövlətlərimizin strateji inkişafı üçün olduqca lazımdır. Qlobal xarakterli inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlıq əlaqələrinin genişlənməsi çox vacib məsələdir. Forumun adından MDB sözləri çıxarılsın. Çünki artıq 3-cü dəfədir ki, forum keçirilir və MDB çərçivəsində, regional xarakter daşımaqdan çıxaraq beynəlxalq əhəmiyyət daşımağa başlayıb. Forumda Asiyadan, Avropadan, Latın Amerikasından mütəxəssislər və dövlət rəsmiləri iştirak ediblər. İştirakçılar çox faydalı təkliflər və ideyalar irəli sürərək ümumi işin irəli aparılması üçün fəaliyyət göstəriblər”.
Tahir Budaqov bütün iştirakçılara təşəkkür edərək uğurlar arzulayıb.
MDB Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək forumun təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, hökumətinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

