/ / İranlı nümayəndə: Qlobal güc balansı Şərqə keçir və Avrasiya inteqrasiyası yeni mərhələyə qədəm qoyur
İranlı nümayəndə: Qlobal güc balansı Şərqə keçir və Avrasiya inteqrasiyası yeni mərhələyə qədəm qoyur
09.09.2025 [22:28]
Bugünkü dünyada iqtisadi və geosiyasi güclərin istiqamət dəyişdirdiyini müşahidə edirik. Əgər XX əsrdə qlobal inkişafın mərkəzi əsasən Qərbdə cəmlənmişdisə, bu gün artıq Şərqə doğru bir hərəkət müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzulu iclasında İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpak Jami deyib.
O qeyd edib ki, Çin, Hindistan və digər Asiya ölkələrinin sürətli inkişafı, həm sənaye, həm də texnologiya sahəsində əldə etdikləri uğurlar onları yeni qlobal iqtisadi mərkəzə çevirir. Bu prosesin ən mühüm göstəricilərindən biri isə istehlakçı bazarının getdikcə daha çox Asiyada formalaşmasıdır.
“Pandemiyadan sonrakı dövrdə iqtisadi reallıqlar daha aydın görünməyə başladı. Qlobal tədarük zəncirlərində yaranan dəyişikliklər və yeni tranzit yollarına olan tələbat, xüsusilə Avrasiya məkanının rolunu artırdı. Bu kontekstdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Bu layihə yalnız Çinin deyil, eyni zamanda, iştirak edən bütün ölkələrin iqtisadi inteqrasiyasına və tranzit potensialının güclənməsinə xidmət edir. Əgər bu cür layihələr sırf iqtisadi maraqlara söykənsə, geosiyasi gərginliklərə səbəb olmasa, onların alqışlanması və dəstəklənməsi vacibdir. Bütün bunlar bizə göstərir ki, gələcək iqtisadi reallıq əməkdaşlıq, tranzit dəhlizlərinin inkişafı və qarşılıqlı fayda prinsipi üzərində qurulacaq”, - deyə iranlı nümayəndə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23

