/ / Siyavuş Novruzov: Rəsul Quliyevin telefon danışığı “Milli şura”da toplaşanların durumunu göstərir
Siyavuş Novruzov: Rəsul Quliyevin telefon danışığı “Milli şura”da toplaşanların durumunu göstərir
25.09.2013 [09:22]
“Mitinq günü Sülhəddin Əkbər ilə Rəsul Quliyev arasında telefon danışığının yayılan lent yazısı göstərir ki, müxalifətdə - “Milli şura”da toplaşanların durumu nə haldadır”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, əslində “Milli şura”da toplaşan partiya rəhbərlərinin bir-birinə münasibəti o danışıqdan görünən səviyyədədir: “Danışıqda deyildiyi kimi, həqiqətən o mitinq biabırçı səviyyədə idi. Stadion heç 30 faiz dolmamışdı. Mitinqdə çıxış edənlər, bir-birinə qarşı elə münasibət göstərdi ki, bunlar 90-cı illərdən bu yana heç bir addım da irəli gəlməyiblər. Orada toplaşanların da əksəriyyəti həqiqətən mitinqdən narazı olaraq dağılışdılar. Məsələn, Müsavat partiyasının sədri İsa Qəmbər çıxış edəndə AXCP-dən olan aparıcı ona imkan vermədi, sözünü kəsdi. Arada şüarlar qışqırdı və digər hərəkətlər etdi ki, İsa Qəmbər sistemli şəkildə danışa bilməsin. Bütün bunlar bir daha göstərdi ki, “Milli şura”da təmsil olunan partiyaların bir-birinə münasibəti necə bərbad səviyyədədir. Guya bir qurumda toplaşıblar, amma bir-biri haqqında, görün, hansı ifadələri işlədirlər. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və digərləri haqqında danışıqda elə fikirlər səsləndirilib. Sülhəddin Əkbər də mitinqdə iştirak edə-edə telefonda bütün deyilənləri təsdiq edir. Hansı ki, “Milli şura”nın bir neçə iclasına Sülhəddin Əkbər sədrlik edib. Deməli, onların daxili aləmi bu baş verənlərdən ibarətdir”.
Siyavuş Novruzov deyib ki, bu telefon danışığı bir daha göstərir ki, “Milli şura” maraqlara xidmət edən insanların toplantısıdır: “Onlar yalandan ifadə edirlər ki, guya Azərbaycan xalqı narazıdır, nə bilim xalq nəyi neynəyəcək və sair. Əslində, xalq bu gün hakimiyyətlə bir yerdədir. Xalq bu gün prezidentin yanındadır”.
S.Novruzovun sözlərinə görə, artıq Rəsul Quliyevlə “Milli şura”dakılar bir-biri ilə xudahafizləşiblər: “Əslində, onların yolları mahiyyətcə bir deyildi, ayrı-ayrı idi. Sadəcə olaraq, burada təmsil olunmaqdan ötəri addımlar atmışdılar. Onlar heç vaxt bir-birini istəməyiblər. Nə Əli Kərimli İsa Qəmbəri, nə İsa Qəmbər Əli Kərimlini, nə o birisi bunu, nə də bu birisi onu. Bunların mahiyyəti budur”.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58

