“Heç kimə yalan, böhtan səsləndirmək, kimisə təhqir etmək haqqı verilməyib”
21.09.2013 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytına deyib ki, müraciət prezidentliyə namizədlərin sentyabrın 19-da İTV-dəki debatında baş verənlərlə bağlıdır: “Biz heç kimi təhqir etməmişik, şəxsiyyətinə toxunmamışıq, şərəf və ləyaqətini alçaltmamışıq, ailə münasibətlərindən danışmamışıq, milli adət-ənənələri pozmamışıq. Bunun əksinə olaraq YAP-ın namizədi cənab İlham Əliyevə, Onun səlahiyyətli nümayəndəsi Əli Əhmədova qarşı Azərbaycanın mənəvi, etik normalarından kənar, saxta və əsassız ittihamlar irəli sürülüb. Bu ittihamlar ermənipərəst və Azərbaycanı istəməyən xarici qüvvələrin hazırladığı sənədlər əsasında irəli sürülüb, böhtan atılıb. Onlar buna görə cavab verməlidirlər. YAP-ın müraciəti konstitusiyaya və Seçki Məcəlləsinə əsaslanır. MSK baş vermiş hadisəni müzakirə etməli, ona qiymət verməlidir və bizim tələbimiz bundan ibarətdir”.
Siyavuş Novruzov bildirib ki, MSK-ya müraciətlə kifayətlənməyəcəklər və hüquq-mühafizə orqanlarına da müraciət edəcəklər: “Məsələ MSK-ya müraciətlə yekunlaşmayacaq. Debatda böhtan, təhqir, saxta sənədlərlə cəmiyyəti aldatma olub. Hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.
YAP İcra katibinin müavini hesab edir ki, hər bir insan debatda özünü normal aparmalı, ifadələrinə fikir verməlidir, hər şeyə diqqət yetirməlidir: “Cəmiyyət buna qiymət verir. Heç kimə yalan, böhtan səsləndirmək, kimisə təhqir etmək haqqı verilməyib”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

