/ / Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib
20.09.2013 [10:49]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sentyabrın 19-da ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar və Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun məsul əməkdaşları ilə görüşüb.
AzərTAc xəbər verir ki, Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat verib, 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. Əli Həsənov diqqətə çatdırıb ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımıza ən böyük yardımı ABŞ-ın qeyri-hökumət təşkilatları göstərib. Son 20 ildə beynəlxalq humanitar təşkilatlar Azərbaycana 900 milyon ABŞ dolları məbləğində yardım göstəriblər. Bu məbləğin 450 milyon dolları ABŞ-a məxsus QHT-lərin payına düşür.
Səfir Riçard Morninqstar, Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun qaçqın məsələləri üzrə regional əlaqələndiricisi Coşua Fişeli, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan, səfirliyin hərbi əməkdaşlıq idarəsinin nümayəndəsi Bob Piters Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Rəsmi Vaşinqtonun qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaqlar bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıblar.
Görüşdə, həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və dünyada cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

