Ermənistan tərəfi bütün proseslərdə qərəzli mövqe tutub
13.07.2013 [13:55]
Novruz Məmmədov: Beynəlxalq münasibətlər bu gün ədalət baxımından çox böyük, çox güclü bir böhran keçirir
“Mənim Moldova ombudsmanı ilə bağlı baş verən hadisələrə münasibətim birmənalıdır”. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Yerevandakı çıxışına görə Moldova ombudsmanına təzyiqlərin edilməsinə münasibət bildirərkən deyib. PA rəsmisi dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının dünyada baş verən proseslərə ədalətli mövqe nümayiş etdirmədiyini təəssüf hissi ilə qeyd edib.
“Biz gözləyirdik ki, beynəlxalq münasibətlər sisteminə daxil olanda dünyanın aparıcı ölkələri, təşkilatları tərəfindən dünyada, eləcə də, Azərbaycanda baş verən proseslərlə bağlı ədalətli mövqe görəcəyik. Çox təəssüflər olsun ki, bu gün çox zaman biz bunun əksini görürük. Buna nümunələrdən biri də Moldova ombudsmanı ilə bağlı olan hadisədir. Necə ola bilər ki, bir yerdə elan edirlər ki, kim “soyqırımı olmayıb” sözünü işlətsə, onu cərimə edəcəyik, ya da həbsxanaya atacayıq. Bir yerdə gecə-gündüz elan edirlər ki, fikir azadlığı, söz azadlığı təmin olunmalıdır. Hər kəsin öz fikrini ifadə etmək hüququ var. Burada isə insan haqları ilə məşğul olan, öz vəzifəsini icra edən məmur az müddət bundan əvvəl baş vermiş hadisə ilə bağlı obyektiv mövqe bildirir”, - deyə N.Məmmədov vurğulayıb.
O qeyd edib ki, Ermənistan tərəfi onsuz da bütün proseslərdə qərəzli mövqe tutub. Amma Moldovada bunun baş verməsi çox təəccüblüdür. PA rəsmisinin fikrincə, Moldova kimi Avropa İttifaqına daxil olmaq istəyən, demokratik cəmiyyət qurmaqda iddialı olan bir dövlətdə bunun baş verməsi şəxsən məndə çox böyük təəssüf və təəccüb doğurur.
“Bəs ədalət harada qaldı? Məgər onlar baş verən hadisələri, prosesləri yoxlayıb görə bilməzlərmi ki, o xanımın dediyi fikirlərin hamısı həqiqətdir? Ərazilərimiz doğrudan da, 20 ildən artıqdır ki, işğal altındadır. Soyqırımı baş verib. Bundan əlavə Avropada, dünyanın başqa yerlərində hər gün, hər səhər, hər axşam insan hüquqları, söz və fikir azadlığı deyən o təşkilatların biri niyə bir söz demir? Ədaləti, haqqı niyə müdafiə etmirlər? Bax, bu, dünyada mövcud olan ikili standartların, qərəzli münasibətin qarşıya qoyduğu bir prosesdir. Çox təəssüflər olsun ki, bu var. İndi belə çıxır ki, bundan sonra biz bu faktorların reallıq olduğunu nəzərə alıb xarici siyasət prinsiplərimizi, xarici siyasətdə atdığımız addımlarımızı müəyyənləşdirməliyik. Bu çox ciddi bir məsələdir. Çox təəssüf olsun ki, bu gün ikinci dünya müharibəsindən sonra çox böyük canfəşanlıqla beynəlxalq hüququ formalaşdıran dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar indi çox böyük böhran içərisindədirlər. Hüquq böhranı əslində maliyyə və iqtisadi böhrandan da tez başlayıb. Maliyyə və iqtisadi böhranına da gətirib çıxaran elə hüquq böhranıdır. Bunu hərtərəfli dərindən təhlil edib mövqe bildirmirlər. Bunu etiraf etmək istəmirlər. Çünki o biri böhranlardan çıxmağa çalışırlar, amma bunu etiraf etsələr, onda dünyada hər şey tamam dəyişməlidir. Dünyada hər şey dəyişəndə isə o böyük maraqlar uğrunda apardıqları proseslərdə güclü dəyişikliklər olmalıdır. Ona görə də, bu gün belə bir vəziyyət yaranıb. Necə ola bilər ki, Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 20 ildən artıqdır ki, icra olunmur. Hətta Qərb dairələrini təmsil edən bir şəxsin bu barədə bir söz dediyini belə görmürük. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar zamanı bir yerdə belə beynəlxalq hüquq sözü eşitməzsiniz. Bu mənada beynəlxalq münasibətlər bu gün ədalət baxımından çox böyük, çox güclü bir böhran keçirir”, - deyə N.Məmmədov bildirib.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39

