Siyavuş Novruzov: Müxalifət seçkilərə kölgə salmaqla məşğuldur
09.07.2013 [15:26]
“Kimsə işləmir, evində oturub qəzet səhifələrində seçkiyə hazırlığını ifadə etmək istəyirsə, təbii ki, bu adamlar tamam başqa məqsədlərə xidmət edirlər və seçkinin üzərinə kölgə salmaq istəyirlər”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında müxalifət mətbuatında hakimiyyətin seçki ilə bağlı məxfi sənədi barədə yayılan iddialara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, hər bir siyasi partiyanın seçkiyə hazırlıq mərhələsində seçki planı olmalıdır. Onun sözlərinə görə, YAP-ın birillik seçki planı var: “Bu plan üzrə də öz işlərimizi Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparırıq. Bütün dünyada hər bir siyasi partiyanın seçki planı olmalıdır. Orada bütün fəaliyyət tarixi, günü, ayı ilə qanun çərçivəsində yazılmalı, buna uyğun addımlar atılmalıdır. YAP da dünya praktikasından bəhrələnərək özünün seçki proqramını yazıb və buna uyğun olaraq rayon təşkilatlarında konfranslar təşkil edilir, nümayəndələrə, müşahidəçilərə treninqlər keçirilir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müşahidəçilik missiyası öyrədilir. Seçki qərargahları yaradılır. Bütün bunlar da qanunun bütün tələbələrinə müvafiq olaraq həyata keçirilir. Digər siyasi partiyalarsa namizəd axtarışındadır, hələ də tapa bilmirlər”.
Yayılan məlumatların yalan olduğunu deyən S.Novruzov qeyd edib ki, partiya seçici ilə bütün vaxtlarda işləməlidir: “Misal üçün, yazırlar ki, seçki planına ərazinin öyrənilməsi daxildir. Təbii ki, partiya öz təbliğatını necə aparmaq, seçicinin xüsusiyyətlərini öyrənmək üçün ərazilərdə iş aparmalıdır. Seçicilər yaş, cinsiyyət, o cümlədən, məşğuliyyət baxımından kateqoriyalara bölünür. Rayonun da bir siyasi xəritəsi hazırlanır. Çünki seçki proqramına daxil olması vacib olan məsələlər var ki, bu, öyrənilmədən, bilmədən havadan götürülməli deyil ki?! Bunlar da tədqiqat aparmaqla, təhlil etməklə öyrənilir”.
S.Novruzov bildirib ki, YAP hər şeyi qanuna uyğun olaraq həyata keçirir. “Müxalifət seçicinin nə düşündüyünü belə bilmir. Bunları bilmədikləri halda hansı formada seçki kampaniyası aparacaqlar? Bundan görünür ki, onlar seçkiyə hazırlaşmırlar, sadəcə olaraq seçkilərə kölgə salmaqla məşğuldurlar. Amma bu baş tutan deyil”, - deyə YAP İcra katibinin müavini bildirib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

