Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin yeni səfiri: Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq

Türkiyənin yeni səfiri: Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq

13.02.2025 [14:46]

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi və bənzəri olmayan qardaşlıqları ilə əlaqələrimizi Şuşa Bəyannaməsində də qeyd olunan müttəfiqlik çərçivəsində daha da inkişaf etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

"Məqsədimiz liderlərimizin müəyyənləşdirdikləri baxış bucağına və ölkələrimiz arasında qədim qardaşlığa layiq olmaqdır. Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq. Türkiyə Azərbaycanla qardaşdır. Səfir olaraq vəzifəm bu qardaşlığı daha da gücləndirməkdir”, - deyə o qeyd edib.

Səfir Azərbaycanın dar gündə Türkiyənin hər zaman yanında olduğunu vurğulayaraq deyib: "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Türkiyə və Azərbaycan daim birlikdə olub. Biz Qarabağ müharibəsində qardaşlarımızın zəfərini gözlədik. Türkiyədə baş verən fevral zəlzələsində Azərbaycandakı qardaşlarımızın yardımsevərliyini unutmayacağıq”, - deyə diplomat bildirib.

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31