Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə...
12.02.2025 [10:29]
103 inzibati xəta haqqında protokol tərtib edilib, 77 vəzifəli şəxs məsuliyyətə cəlb olunub
Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunacaq. Məlumdur ki, bələdiyyələrə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Artıq parlamentin Regional məsələlər komitəsinin iclasında məruzə müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Komitənin sədr müavini Nurlan Həsənov ötən ildə yerli özünüidarəetmədə baş verən mühüm dəyişikliklərdən, son bələdiyyə seçkilərindən söz açıb, bələdiyyənin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin əsas aspektlərindən danışıb. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə məruzəsi dolğun və ətraflı hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər və digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub.
Daha sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. O, 2024-cü ildə Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görülən işlər barədə məlumat verib. Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericilikdə edilən dəyişikliklər, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.
Bildirilib ki, 2024-cü ildə hüquq ekspertizasından keçən 102 min 831 bələdiyyə aktının 97 faizi qanunvericiliyə uyğun olub. Nazir müavini, ümumilikdə 2024-cü il ərzində həyata keçirilən tədbirlərin ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunduğunu söyləyib.
Məruzədə qeyd olunur ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən nöqsanlar bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir. Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən nöqsanlar bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi faktlarıdır.
Bundan başqa, nöqsanlar arasında bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi, bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi var.
Məruzədə bildirilir ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Bundan başqa, ötən il 9 min 720 hektar torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən verilən aktlar qanunsuz hesab edildiyindən ləğv olunub. Məruzəyə əsasən, bu, 9 min 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qərarlar olub. Sənəddə bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib, nəticədə 3 min 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub, ya da dəyişdirilib.
Eyni zamanda, “Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11 min 290 inzibati akt (2023-cü il ərzində 5 min 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 min 785 inzibati akt olub. Onlardan 6 min 669 aktın (2023-cü il ərzində 7 min 523) icrası təmin edilib.
Komitə iclasında millət vəkilləri Tahir Rzayev, Aydın Mirzəzadə, Kamran Bayramov, Arzuxan Əlizadə,Vasif Qafarov, Elman Məmmədov və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək, məruzənin hərtərəfli hazırlandığını qeyd ediblər. Onlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması, bələdiyyələrin birləşdirilməsi və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər. Ədliyyə nazirinin müavini Toğrul Hüseynov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasda isə parlament bu məruzəyə yekun münasibət bildirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49
